Azərbaycan qızıl ehtiyatlarına görə dünyada 62-ci yeri tutur

“APA-Economics” xəbər verir ki, bu barədə məlumat Ümumdünya Qızıl Şurasının (World Gold Council) hesabatında yer alıb. Hesabata əsasən, Azərbaycanda qızıl ehtiyatı 20 tona bərabərdir. Bu, qızıl valyuta ehtiyatlarının 12,1 faizini təşkil edir.

Qeyd edək ki, qızıl ehtiyatlarının həcminə görə ilk beşliyə ABŞ (8133,5 ton), Almaniya (3377,9 ton), İtaliya (2451,8 ton), Fransa (2435,9 ton) və Çin (1842,6 ton) daxildir.

Postsovet ölkələrindən 1680,1 ton qızıl ehtiyatına malik Rusiya siyahıda 7-ci yerdə, 267,7 ton ehtiyata sahib olan Qazaxıstan 21-ci yerdə, 40,7 ton qızıl ehtiyat olan Belarus 48-ci yerdə qərarlaşıb.

Siyahıda 57-ci yerdə dayanan Ukraynanın 25,5 ton, 64-cü yerdə qərarlaşan Tacikistanın 14,6 ton, 79-cu yerin sahibi Latviyanın 6,6 ton, 82-ci yerdə olan Litvanın 5,8 ton və Qırğızıstanın 4,9 ton qızıl ehtiyatı var.

Keçmiş SSRİ-yə daxil olan digər ölkələr iri qızıl ehtiyatları siyahısında TOP-100-ə daxil edilməyib. Ümumdünya Qızıl Şurasında Ermənistan, Özbəkistan və Türkmənistanın qızıl ehtiyatları ilə bağlı məlumat yoxdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında