Bakıda “Xəzər və Mərkəzi Asiya: ticarət, logistika, neft emalı, neft-kimya” beynəlxalq forumu keçirilir

Bakıda SOCAR-ın dəstəyi, Bakı Ali Neft Məktəbinin (BANM) və Böyük Britaniyanın “Confidence Capital Ltd” şirkətinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən II SOCAR Beynəlxalq “Xəzər və Mərkəzi Asiya: ticarət, logistika, neft emalı, neft-kimya” forumu işə başlayıb.

Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Forumun ilk iclasında BANM-in rektoru Elmar Qasımov tədbirin müasir Azərbaycanın banisi və neft strategiyasının təşəbbüskarı ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilməsini ulu öndərin şəxsiyyətinə və fəaliyyətinə hörmət və ehtiramın təzahürü olduğunu vurğulayıb. Rektor forumun müxtəlif ölkələrdən gəlmiş mütəxəssislər arasında işgüzar əlaqələrin qurulması və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən neft strategiyasının uğurlarının təbliği üçün səmərəli platforma olacağına əminliyini bildirib.

Milli Məclis sədrinin müavini, bu qurumun təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanın quruculuğunda və yanacaq-enerji kompleksinin inkişafında əvəzsiz rolunu qeyd edib, neft strategiyasının uğurlarından söz açıb, forumun işinə uğurlar arzulayıb.

Energetika naziri Natiq Əliyev hazırkı dövrdə dünyanın enerji xəritəsi, Azərbaycanın enerji siyasətinin uğurları və perspektivləri barədə məlumat verib. Ulu öndər Heydər Əliyev ilə Azərbaycanın neft strategiyasının reallaşdırılmasında iştirak etməsindən qürur hissi keçirdiyini bildirən nazir Prezident İlham Əliyevin rəhbərliyi altında logistika, neft emalı və neft-kimya sahələrində həyata keçirilən möhtəşəm layihələrin perspektivlərini açıqlayıb.

SOCAR-ın Birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə şirkətin fəaliyyəti və planları haqqında geniş məruzə ilə çıxış edib. Məruzədə Azərbaycanda neft hasılatının tarixi, Azərbaycan neftinin keçmiş SSRİ-nin iqtisadiyyatının inkişafinda və Böyük Vətən müharibəsində qələbənin təmin olunmasında rolu, müstəqil Azərbaycanın banisi Heydər Əliyevin şəxsi nüfuzu hesabına ötən əsrin 90-cı illərində dünyanın aparıcı neft şirkətlərinin Azərbaycana qoyduqları investisiyalar hesabına yanacaq-enerji inkişafının təmin olunması, Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqət göstərməsi nəticəsində SOCAR-ın biznes fəaliyyətinin ölkənin hüdudlarından kənarda genişlənməsi barədə məlumatlar yer alıb.

“Azərikimya” İstehsalat Birliyinin müşahidə şurasının sədri Muxtar Babayev çıxışında Azərbaycanın neft-kimya sahəsinin inkişafının strateji xəttini açıqlayıb, hazırda bu sahədə həyata keçirilən layihələrin perspektivləri haqqında forum iştirakçılarını məlumatlandırıb. M. Babayev artıq ikinci dəfə keçirilən forumun iştirakçılarına təbriklərini çatdırıb, uğurlar arzulayıb.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru Taleh Ziyadov Xəzər regionunda ən möhtəşəm logistika mərkəzinin fəaliyyəti və inkişaf konsepsiyası haqqında fikirlərini bölüşüb, yeni yaradılan Ələt Azad Ticarət Zonasının Azərbaycanın qeyri-neft sektorunun inkişafına və yükdaşımaların ticarət dövriyyəsinin artmasına ciddi töhfə verəcəyini vurğulayıb.

Forumun açılış mərasimində Azərbaycan Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsi müdirinin müavini Məhərrəm Əhmədov, Nazirlər Kabineti aparatının neft və kimya şöbəsinin müdiri Əsgər Aslanov, SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov, BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli və “Confidence Capital Ltd” şirkətinin baş direktoru Andrey Rudenko iştirak ediblər.

Forumun ilk gününün sessiyaları Azərbaycanın neft-qaz strategiyasına və neft-kimya sahəsinin inkişaf tendensiyalarına həsr olunub.

Forumda Azərbaycanın dövlət və hökumət nümayəndələri, SOCAR-ın rəhbər heyətinin və struktur bölmələrinin rəhbərləri, Türkiyə, Qazaxıstan, Qırğızıstan, İran, Rusiya, Türkmənistan, Ukrayna, Gürcüstan və digər ölkələrin sahə nazirliklərinin və transmilli neft-qaz şirkətlərinin nümayəndələri iştirak edirlər. Xəzər regionunda neft-qaz üzrə ilin ən əhəmiyyətli tədbirinə bu ölkələrdən 150-dən artıq iştirakçı - neftin və qazın hasilatı, emalı, logistikası sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlərin rəhbərləri və əməkdaşları, treyderlər, analitiklər, bank strukturlarının nümayəndələri qatılıblar.

V.BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında