Cari ildə Azərbaycanın xarici iqtisadi mövqeyi güclənəcəkdir

Makroiqtisadi proqnozlara görə, 2011-ci ildə Azərbaycanın xarici iqtisadi mövqeyi güclənəcəkdir.
Mərkəzi Bankdan bildirmişlər ki, qlobal iqtisadi artım şəraitində bu il əsas ixrac məhsullarının qiymətlərinin əlverişli qalacağı, neft gəlirlərinin artacağı, xaricdən ölkəyə maliyyə-investisiya axınının güclənəcəyi gözlənilir. Tədiyyə balansının cari hesabında profisitin qalacağı, strateji valyuta ehtiyatlarının artacağı proqnozlaşdırılır. Ölkənin kredit reytinqinin yüksəlməsi iqtisadiyyata xarici kapital axınının artması üçün əlverişli şərait yaradacaqdır.
Ölkənin sosial-iqtisadi inkişaf proqnozlarına uyğun olaraq neft sektorunun sabitləşməsi şəraitində iqtisadi artımın əsasən qeyri-neft sektoru hesabına olacağı gözlənilir.
Dövlət xərclərinin və özəl tələbin təkrəqəmli sürətlə artması, qeyri-xammal ixracının tədrici genişlənməsi qeyri-neft sektorunda artım templərini formalaşdıran başlıca amillərdir. Belə bir şəraitdə isə cari ildə ümumi daxili məhsulun potensialı ilə faktiki səviyyəsi arasındakı fərqin azalacağı gözlənilir.{nl}

AzərTAc

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında