Yanvar-mart aylarında 15,2 milyard manatlıqdan çox Ümumi Daxili Məhsul istehsal olunmuşdur

2017-ci ilin birinci rübündə ölkədə 15229,7 milyon manat və ya əhalinin hər nəfərinə 1570 manat dəyərində ümumi daxili məhsul istehsal edilmişdir.

Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilir ki, bu dövrdə iqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,4 faiz artmış, neft-qaz bölməsində isə 6,8 faiz azalmışdır.

Ümumi daxili məhsulun 7 milyard 94,3 milyon manatı sənayedə, 1 milyard 823,1 milyon manatı ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrində, 1 milyard 187,8 milyon manatı tikintidə, 1 milyard 6,9 milyon manatı nəqliyyat və anbar təsərrüfatı, 442,1 milyon manatı turistlərin yerləşdirilməsi və ictimai iaşə, 412,3 milyon manatı kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 259,3 milyon manatı informasiya və rabitə sahələrində, 1 milyard 931,3 milyon manatı digər sahələrdə istehsal edilmiş, məhsula və idxala xalis vergilər 1 milyard 072,6 milyon manat təşkil etmişdir.

Samirə Əliyeva,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında