Fermer: Quba alması niyə Avropa bazarına çıxmasın?

Hörmətli redaksiya! Mən dövlət televiziyası ilə Azərbaycan Respublikasının Prezidenti,  çox hörmətli İlham Əliyevin sədrliyi ilə aprelin 17-də Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsində dövlətimizin başçısının nitqinə böyük maraqla  qulaq asdım. Möhtərəm Prezident haqlı olaraq vurğuladı ki, bu gün Azərbaycanın hərtərəfli tərəqqisi, əhalinin güzəranının daha da yaxşılaşdırılması üçün ölkəmizdə qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək olduqca vacibdir.

Mən Quba rayonunun Birinci Nügədi kəndindənəm. Atam Sultan kişi ömrü boyu kəndimizdə fəaliyyət göstərən təsərrüfatda bağban işləyib. 20 il əvvəl ölkəmizdə torpaq islahatı keçiriləndə bizim ailəyə də xeyli pay torpaq sahəsi düşüb. Son illərə qədər atam orada çalışıb, yaxşı məhsul götürüb. İndi qocalıb, yaşı 80-i keçib. Bir neçə il əvvəl mənə dedi ki, oğlum, bəlkə şəhərdən kəndimizə qayıdıb ata-baba sənətimizi davam etdirəsən. Bir qədər düşünüb-daşındım. Nəhayət, qərar  verdim ki, ata-baba yurduma qayıdım.

Artıq bir neçə ildir ki, ailəmizin bağ torpaqlarında meyvə-tərəvəz yetişdirirəm. Nə gizlədim, qazancımız pis deyil, hər halda, şəhərdə olduğundan daha çox qazanıram. Bu gün Azərbaycanın bölgələrində qeyri-neft sektorunun inkişafı üçün hər cür şərait var. Məsələn, bizim kənddə elektrik enerjisi, təbii qaz təchizati sarıdan heç kimin çətinliyi yoxdur. Kəndimizi rayon mərkəzi ilə birləşdirən yollar da ən yüksək səviyyədədir. Yəni infrastrukturdan şikayət etməyə heç bir haqqımız yoxdur. 

Mən doğma kəndimizə qayıtmağıma görə peşiman deyiləm, əksinə, düşünürəm ki, kəndə gərək bir qədər tez qayıdardım. İndi fermer təsərrüfatımı genişləndirmək, daha çox məhsul almaq üçün yaxşı planlarım var. Yeri gəlmişkən, cənab Prezidentin müşavirədəki parlaq nitqində səsləndirdiyi tapşırıq və tövsiyələr mənim öz planlarımı yerinə yetirəcəyimə olan ümidlərimi çox artırıb. Axı, dövlət başçımız dedi ki, o, sahibkarları bundan sonra da dəstəkləməyə hazırdır.

Düşünürəm ki, həqiqətən dövlətimizin dəstəyinə arxalanıb  aqrar sektorun bütün sahələrində, o cümlədən meyvəçilikdə uğurlu işlər görə bilərik. Məsələn, Quba rayonu böyük meyvəçilik bölgəsidir. Bizim elə dədə-baba meyvələrimiz var ki, onları dadan hər kəs narazı qalmaz. Sadəcə, bu məhsulları xarici ölkələrin bazarlarına çıxarmağı bacarmaq lazımdır. Biz öz dadlı və ekoloji cəhətdən keyfiyyətli məhsulumuzla təkcə Rusiya, digər MDB ölkələrinə deyil, hətta Avropa bazarlarına da çıxa bilərik. Axı, nə üçün Quba alması Avropa bazarların bəzəməsin?!

Aslan Yusifov,
Quba rayonu, fermer


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında