Bu ilin birinci rübündə xarici turistlərin ölkəmizə səfəri 25 faiz artmışdır

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qeyri-neft sektorunun inkişafı diqqət mərkəzində olmuşdur.

Dövlət başçısı çıxışında bildirmişdir ki, bu ilin üç ayı ərzində qeyri- neft sektorunda 2,4 faiz artım olmuşdur. O, turizm sektorunda da nəzərəçarpan artımın olduğunu bildirmişdir. Qeyd etmişdir ki, bu artımın bir neçə səbəbi var. İlk növbədə bu istiqamətdə yaradılan infrastrukturun əhəmiyyəti nəzərə çatdırılmışdır: “Bizim ən son modellərlə təchiz edilmiş hava nəqliyyatımız var. Bizim 6 beynəlxalq aeroportumuz var. Bütün bölgələrə gözəl yollar çəkilib. Bakıda və bölgələrdə gözəl hotellər tikilib. Bakıda, demək olar ki, bütün aparıcı hotel şəbəkələri öz hotellərini idarə edirlər. Bütün bölgələrdə müasir hotel infrastrukturu, müalicəvi turizm inkişaf edir.”

Bu gün Azərbaycan turistlərin can atdığı məkana çevrilmişdir. İndi Naftalana, müasir şəkildə yenidən qurulmuş Qalaaltıya gələn turistlər öz vətənlərinə məmnunluqla dönürlər. Qusarda Şahdağ, Qəbələdə Tufandağ xizək kompleksləri ən müasir turizm infrastrukturlarıdır.

Azərbaycanda turizmin inkişafının əsas səbəblərindən biri də ölkəmizdə hökm sürən sabitlikdir. Cənab Prezident bu barədə demişdir: “İndi turistlər də baxırlar ki, hara getsinlər, riskli yerlərə getmək istəmirlər. Bilirlər ki, Azərbaycanda onların təhlükəsizliyi qorunacaq. Bilirlər ki, Azərbaycan sabit ölkədir”. Doğrudan da, belədir. İndi ölkəmizə gələn turistlər rahat şəkildə bütün bölgələrə səyahət edə bilirlər.

Əvəllər turistlərin gəlişi zamanı sənədləşmə ilə bağlı müəyyən problemlər yaranırdı. Artıq bu məsələ də öz həllini tapmışdır. Xüsusilə, vizaların verilməsi xeyli asanlaşdırılmışdır. Cənab Prezident bu barədə danışarkən bildirmişdir: “ Mənim göstərişimlə “ASAN viza” sistemi yaradılmışdır. Mənə bu yaxınlarda məruzə edildi ki, üç ay ərzində “ASAN viza” xətti ilə 40 min viza verilib. Bu sistem Azərbaycana viza ilə gələnlərə şamil olunur. 80-dən çox ölkənin vətəndaşı elektron viza alır.”

Bizim şirkətin əməkdaşları da çalışırlar ki, cənab Prezidentin turizmin inkişafına göstərdiyi qayğı və diqqətə öz əməli işləri ilə cavab versinlər.

Nəsib USUBOV,
“A La travel” turizm şirkətinin rəhbəri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında