ARDNŞ-də 2010-cu ilin yekunlarına həsr olunmuş iclas keçirilmişdir

Dekabrın 30-da Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) 2010-cu ilin yekunlarına həsr olunmuş iclas keçirilmişdir.
Tədbirdə ARDNŞ-in prezidenti Rövnəq Abdullayev cari ilin yekunları ilə bağlı və 2011-ci ildə qarşıda duran məsələlərdən danışmışdır. Bildirmişdir ki, şirkətin müəssisələrində həyata keçirilən işlərin böyük bir hissəsi "Azneft" İstehsalat Birliyinin payına düşür. Qaz hasilatının artırılması, texniki-geoloji tədbirlərin həyata keçirilməsi birliyin 2010-cu ili uğurla başa vurmasından xəbər verir. Neft hasilatına artıqlaması ilə əməl edilməsi, 2010-cu ildə yeraltı anbarlara artıqlaması ilə qazın yığılması əldə olunan uğurlu nəticələrdəndir. Yeraltı anbarlara kifayət qədər qaz vurulmuşdur ki, bu da öz növbəsində ölkəmizin enerji təhlükəsizliyinin təmin edilməsində əsas rola malikdir.
Qazmaçıların da fəaliyyətinə toxunan ARDNŞ prezidenti bu ilin ən böyük nailiyyətlərindən biri kimi "Ümid" yatağının kəşf olunmasını göstərmişdir. Qazmaçılarımız bu işin öhdəsindən layiqincə gəlmişlər. Neft emalı sahəsində də ili yaxşı nəticələrlə başa vurduqlarını söyləyən R.Abdullayev neft emalında çıxım faizinin daha da artırıldığını və artıq neft emalı dərinliyinin 92,6 faizə çatdırıldığını söyləmişdir. Gələn ildə emal dərinliyi daha da artırılmalı, qurğularda təmir-bərpa işləri davam etdirilməli, neftin emalının keyfiyyətinin artırılması həyata keçirilməlidir. Biz artıq 2012-ci ildə "Avro-3" standartına uyğun məhsullar istehsal etməliyik.
Qeyd edilmişdir ki, "Azərikimya" İstehsalat Birliyində (İB) də modernləşmə işləri davam etdiriləcəkdir. Bu il modernləşmə işlərinin həyata keçirilməsi nəticəsində "Azərikimya"nın məhsul çıxımı 26 faizdən 42 faizə qaldırılmışdır. R.Abdullayev bildirmişdir ki, bağlanmış müqavilə əsasında gələn il "Azərikimya"da 2 yeni qurğunun - polietilen və polipropilen qurğularının tikintisinə başlanılacaqdır.
Prezident İlham Əliyevin ölkəmizdə neft sənayesinin inkişafına xüsusi diqqət göstərdiyini vurğulayan şirkətin prezidenti, həmçinin yeni neft emalı kompleksinin layihəsi üzərində işlərin getdiyini nəzərə çarpdırmışdır.
Respublikada qaz təchizatının yaxşılaşdırılması, əhalinin "mavi yanacaq"la itkisiz və keyfiyyətli təminatı məqsədi ilə aparılan işlərin regionlarda xüsusilə sürətləndirildiyini bildirən R.Abdullayev 2012-ci ilin axırınadək Azərbaycanda 90 faiz qazlaşmanın həyata keçiriləcəyini söyləmişdir. Bu istiqamətdə "Azəriqaz" İB-nin fəaliyyətinə toxunan natiq əldə olunan uğurlardan, qarşıda duran vəzifələrdən danışmışdır.
ARDNŞ-in prezidenti perspektiv layihələrdən danışaraq, 2011-ci ildə də şirkətin qarşısında böyük vəzifələrin durduğunu və bu işlərin öhdəsindən uğurla gəlinəcəyinə əminliyini diqqətə çatdırmış, kollektivi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik etmişdir.
Sonra şirkətin birinci vitse-prezidenti, akademik X.Yusifzadə çıxış edərək, əldə olunan uğurlarda Prezident İlham Əliyevin neftçilərə diqqət və qayğısının əsas rol oynadığını söyləmiş, dövlətimizin başçısının bu etimadını bundan sonra da doğruldacaqlarını bildirmişdir.
Tədbirdə Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölkəmizdə neft sahəsinin inkişafında xüsusi xidmətləri olan neftçilərə orden, medal və fəxri adların təqdim edilməsi mərasimi olmuşdur.
İclasda, həmçinin bildirilmişdir ki, ARDNŞ-in nanotexnologiyalar sahəsində əldə etdiyi nailiyyətlər YUNESKO-nun sertifikatına və medalına layiq görülmüşdür. Şirkətin prezidenti Rövnəq Abdullayev nanotexnologiyalar sahəsində əldə edilmiş uğurlara görə YUNESKO-nun baş katibi İrina Bokova tərəfindən təltif olunan işçilərə medalları təqdim etmişdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında