Mərkəzi Bank 2011-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatını hazırlamışdır

Mərkəzi Bank 2011-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatını hazırlamışdır.
Bəyanatda deyilir ki, 2010-cu ildə Azərbaycan iqtisadiyyatında artım və inkişaf prosesləri davam etmiş, dayanıqlı makroiqtisadi sabitlik hökm sürmüşdür. Bütövlükdə, qlobal böhranın təsirləri aradan qaldırılmışdır. Ölkə iqtisadiyyatının maliyyə dayanıqlığı daha da güclənmiş, valyuta ehtiyatlarının əhəmiyyətli artımı baş vermişdir.
Mərkəzi Bankın 2011-ci il və strateji dövr üçün fəaliyyətinin əsas istiqamətləri son qlobal meyllərə və milli iqtisadiyyatın yeni inkişaf çağırışlarına əsaslanır. Pul siyasətinin başlıca hədəfini makroiqtisadi sabitliyin təmin olunması təşkil edəcəkdir. Bank sektorunda maliyyə sabitliyinin təmin olunması bankın digər hədəfi olacaqdır. Bu hədəflərə nail olmaq üçün pul siyasətinin və bank nəzarətinin strateji çərçivəsinin davamlı təkmilləşməsi həyata keçiriləcəkdir. Eyni zamanda, makroiqtisadi koordinasiyanın daha da güclənməsinə və bank sektorunun maliyyə dərinliyinin artırılmasına zəruri dəstək veriləcəkdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında