Ən müasir texnologiyalarla daha iki quyunun qazılmasına başlanılıb

 Xəzər dənizinin Azərbaycan sektorunda ən müasir texnologiyaların köməyi ilə qazma işləri həyata keçirilən SOCAR-AQŞ MMC bu günlərdə daha iki quyunun qazılmasına  başlayıb. Xatırladaq ki, hər iki quyunun sifarişçisi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.

“Günəşli’’ yatağındakı 7 saylı stasionar dəniz özülündən qazılan 29 nömrəli quyunun  layihə dərinliyi 4150 metr təşkil edir. Yeni istismar quyusu Qala lay dəstəsinə qazılır. Sözügedən  quyu 7 saylı özüldə yenicə quraşdırılmış və Azərbaycanda anoloqu olmayan yeni nəsil qazma avadanlığı  – Bentec 3000 HP vasitəsilə qazılır. Üç min at gücünə malik Bentec 3000 HP qazma qurğusunun istifadəsi nəticəsində yatağın məhsuldar laylarında uzunluğu 9 min metrədək olan böyük inhiraflı quyuların qazılması üçün nadir imkanlar yaradır.

Yeri gəlmişkən, müəssisə 7 saylı stasionar dəniz özülündə paralel olaraq iki qazma qurğusu dəstindən istifadə edərək quyu tikintisi işlərini davam etdirir. Artıq SOCAR-AQŞ Hong Hua ZJ 70/4500 DZ qazma qurğusu vasitəsilə sözügedən özüldən 316 və 318 nömrəli quyuları keyfiyyətlə qazaraq sifarişçiyə təhvil verib. Hazırda isə 317 nömrəli quyuda qazma işləri uğurla davam etdirilir.

Digər quyu “Qərbi Abşeron” yatağındakı 20 saylı stasionar dəniz özülündən qazılır. Layihə dərinliyi 850 metr olan 31 nömrəli quyunun Qırməki dəsti-3 horizontuna qazılması planlaşdırılır.

Müəssisənin kollektivi qazma sahəsindəki zəngin təcrübəyə və yüksək dəyərlərə əsaslanaraq  bu və növbəti quyuları da sağlamlıq, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi cəhətdən səmərəli şəkildə tikərək sifarişçiyə təhvil vermək əzmindədir.

Yeri gəlmişkən, SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən 2007-ci ildə təsis edilmiş SOCAR-AQŞ MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisədir. Müəssisənin əsas fəaliyyəti neft və qaz quyularının layihələndirilməsi və planlaşdırılması, quyuların maili və horizontal  qazılması, mənimsənilməsi, əsaslı təmiri, yan lülələrin qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir. Hazırda SOCAR-AQŞ “Günəşli” yatağının dayaz sulu hissəsində yerləşən 7 və 11 saylı, “Qərbi Abşeron” yatağının 20 saylı, “Ümid’’ yatağının 1 saylı və  “Bulla’’ yatağında  6 saylı dərin dəniz stasionar özüllərində qazma işləri aparır.

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında