Azərbaycan Nazirlər Kabinetində Qırğızıstan nümayəndə heyəti ilə görüş olmuşdur

Bakıda səfərdə olan Qırğızıstan Baş nazirinin birinci müavini Omurbek Babanovun başçılıq etdiyi nümayəndə heyəti dekabrın 29-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ilə görüşmüşdür.
Görüşdə Baş nazir A.Rasizadə Azərbaycanın son illər əldə etdiyi iqtisadi uğurlar barədə məlumat vermiş və bu inkişafın ölkədə aparılan uğurlu siyasətin qanunauyğun nəticəsi olduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, ölkələrimiz arasında əlaqələrin, o cümlədən iqtisadi, mədəni, elmi sahələrdə əməkdaşlığın daha yüksək səviyyəyə çatdırılması üçün böyük potensial vardır.
Qırğızıstan Baş nazirinin birinci müavini Omurbek Babanov Azərbaycanda həyata keçirilən böyük tikinti-quruculuq işlərindən məmnunluğunu bildirərək, Bakının gözəlliyinə heyranlığını vurğulamışdır. Azərbaycan ilə Qırğızıstan arasında iqtisadi əlaqələrin dərinləşdirilməsinin vacibliyini diqqətə çatdıran qonaq səfərin əlaqələrin daha da inkişaf etdirilməsinə təkan verəcəyinə əminliyini bildirmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında