Pambıqçılığın inkişafı yeni mərhələyə qədəm qoyur

Ölkə Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafı məsələlərinə dair Saatlı rayonunda keçirilən respublika müşavirəsində mən də iştirak edirdim. Cənab Prezidentin müşavirədəki proqram xarakterli çıxışı, məsləhət və tövsiyələri Azərbaycanda pambıqçılığın inkişafı üçün yeni stimul yaratdı.

Son illər ölkəmizdə bütövlükdə kənd təsərrüfatının inkişafı əsas diqqət mərkəzində olan sahələrdən birinə çevrilmişdir. Artıq bir neçə ildir ki, təsərrüfatın bu sahəsi ölkədə prioritet elan olunmuş, pambıqçılıq, üzümçülük, tütünçülük və digər kənd təsərrüfatı sahələri yenidən dirçəlməyə başlamışdır. Prezident İlham Əliyev müşavirədə bəyan etdi ki, biz indi qeyri- neft sektorunun inkişafına həm daha çox fikir verəcəyik, həm də daha çox iş aparılacaqdır.

Azərbaycan vaxtilə pambıqçılıq sahəsində böyük nailiyyətlər qazanmışdı. Ulu öndər Heydər Əliyevin ilk dəfə hakimiyyətdə olduğu illərdə Azərbaycanda bir milyon tona yaxın pambıq istehsal olunurdu. Ancaq sonralar bu sahə diqqətdən kənarda qaldı. Artıq cənab Prezidentin qeyri -neft sektorunun inkişafına göstərdiyi diqqət bu sahənin də yenidən dirçəlməsinə şərait yaratdı.

 Mən suvarma sistemi sahəsində çalışıram. Bu gün pambıqçılığın inkişafı suvarma işlərinin düzgün, səmərəli təşkilindən çox asılıdır. Cənab Prezident müşavirədə bu məsələyə xüsusi önəm verildiyini bildirdi: “Meliorasiya işləri uğurla aparılıb. “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti, eyni zamanda, yerli icra orqanları bu işdə fəal iştirak edirlər. Biz meliorasiya tədbirlərini genişləndirərək, dövriyyəyə yeni əkin sahələrini əlavə edirik”.

Bu il respublikamızın 22 rayonu üzrə 136 min hektar sahədə pambıq əkilməsi nəzərdə tutulur. Müşavirədə “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə bildirdi ki, suvarmaya hazırlıq məqsədilə pambıqçılıq rayonlarında 4561 kilometr suvarma kanalları, 460 kilometr kollektor-drenaj şəbəkəsi lildən təmizlənib, suvarma kanalları üzərində 500-dən artıq hidrotexniki qurğu təmir edilib. Məqsəd budur ki, pambıqçılığın, bütövlükdə kənd təsərrüfatının inkişafı üçün suvarma problemi olmasın.

Müşavirənin Saatlıda keçirilməsi biz saatlılıların məsuliyyətini bir qədər də artırmışdır. Bizim 54425 hektar suvarılan torpaqlarımız var, çalışırıq ki, suvarılan torpaqlarımız daha çox olsun. Saatlı pambıqçılıq sahəsində böyük təcrübəsi olan rayondur. Bu gün bütün saatlılılar dövlət başçısının bu sahənin inkişafı ilə bağlı təşəbbüslərini ürəkdən bəyənir və bu işə böyük ruh yüksəkliyi ilə başlayırlar.

Tahir RZAYEV,
Saatlı Rayon Suvarma Sistemləri İdarəsinin rəisi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında