Azərbaycan Vyana sazişinin vaxtının uzadılması qərarını məqbul hesab edir

"Azərbaycan dünya bazarında neftin qiymətinin sabitləşməsi üçün OPEC çərçivəsində irəli sürülən təşəbbüslərə ilk vaxtdan qoşulan ölkələrdən biri kimi iyun ayının sonunda müddəti bitən Vyana sazişinin vaxtının uzadılması qərarını məqbul hesab edir". Bu barədə "APA-Economics"ə açıqlamasında Energetika Nazirliyinin mətbuat katibi Zəminə Əliyeva bildirib.

"Sazişin icrası artıq bazarda neftin qiyməti ilə bağlı müsbət tendensiya ilə müşayiət olunur. Bu isə göstərir ki, OPEC və təşkilata daxil olmayan neft hasil edən ölkələr bu istiqamətdə fəaliyyətlərini koordinasiya etməli və bütün zəruri addımları atmalıdırlar.  Sazişin müddətinin uzadılması və ya prosesə xitam verilməsi, eləcə də əlavə həcmlərdə hasilatın azalması ilə bağlı hər hansı qərarın qəbulu OPEC-in iclası zamanı müəyyənləşəcək. Bununla belə OPEC-in növbəti toplantısında  neft hasilatının azaldılması  barədə sazişin uzadılmasına qərar veriləcəyi təqdirdə  Azərbaycan  razılaşmanı imzalayan tərəf kimi  növbəti addımları da atmağa hazırdır. Yanvar ayından başlayaraq Azərbaycan üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirməkdədir. Bildiyiniz kimi, yanvar ayında gündəlik neft hasilatı 793,9 min barrel, fevral ayında isə bu göstərici  776,4 min barrel olub. Təsadüfi deyil ki, OPEC-in Monitorinq Komitəsi də Azərbaycanı hasilatın azaldılması üzrə öhdəliyin icrasında aparıcı rol oynayan ölkələr sırasına daxil edib", - deyə Z.Əliyeva bildirib.

Qeyd edək ki, hasilatın azaldılmasına dair əldə olunan razılığa əsasən, Azərbaycan cari ilin I yarısında sutkalıq hasilatı 35 min barel azaltmalıdır. Yanvar-fevral ayında Azərbaycan öhdəliyi 214 faiz yerinə yetirib.

Azərbaycanda yanvar ayı ərzində orta sutkalıq hasilat 793,9 min barel təşkil edib. Bunun 743,1 min bareli xam neftin, 50,8 min bareli isə kondensatın payına düşüb.

Fevral ayında Azərbaycan 726,4 min barel xam neft, 50 min barel kondensat hasil edib. Ötən ay ərzində Azərbaycandan sutkada orta hesabla 604,1 min barel xam neft və 50 min barel kondensat ixrac olunub.

Xatırladaq ki, OPEC üzvləri və kartelə daxil olmayan ölkələr 2017-ci ilin I yarısında neft bazarının stabilləşdirilməsinə dair razılığa gəliblər. Bu müddət ərzində OPEC ölkələri sutkalıq hasilatı 1,2 milyon barel, kartelə üzv olmayan ölkələr isə 558 min barel azaltmaqla bağlı öhdəlik götürüblər.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında