Vergilər Nazirliyində seminar keçirilmişdir

Dekabrın 28-də Vergilər Nazirliyinin Tədris Mərkəzində KİV nümayəndələri üçün "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2010-cu il tarixli fərmanı ilə bağlı Vergilər Nazirliyinin üzərinə düşən vəzifələrin icrasına həsr olunmuş seminar keçirilmişdir.
Tədbirin açılış mərasimindən sonra Tədris Mərkəzinin rəisi Yaşar Kəlbiyev fərman haqqında ümumi məlumat vermişdir. Sonra Vegi siyasəti və strateji araşdırmalar Baş idarəsinin bölmə rəisi Vüsal Şıxəliyev fərmanın icrası ilə bağlı Vergilər Nazirliyinin üzərinə düşən vəzifələri tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Qeyd olunmuşdur ki, bu vəzifələr çərçivəsində Vergilər Nazirliyi hər rüb başa çatdıqdan sonra səhmlərinin (paylarının) 50 faizindən çoxu dövlətə məxsus olan hüquqi şəxslərin vergi hesablamalarını və ödəmələrini müvafiq dövlət qurumları ilə birlikdə təhlil etməli, vergilərin dövlət büdcəsinə ödənilməsini təmin edən tədbirlər görməli və görülmüş işlər barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Fərmanda regionların sosial-iqtisadi inkişafının stimullaşdırılmasına istiqamətlənmiş tədbirlər də nəzərdə tutulmuşdur. Maliyyə Nazirliyi ilə birlikdə şəhər və rayonların ərazilərində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin dövlət büdcəsinə ödədikləri vergi və digər ödənişlərin tam və ya qismən yerli gəlirlərə aid edilməsinə dair təkliflər hazırlanaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim olunmalıdır. Fərmana əsasən Vergilər Nazirliyi Mərkəzi Bankla birlikdə dövlətə vergi, rüsum, icarə haqqı və digər ödənişlərin dövlət qurumlarına birbaşa ödənilməsi yolu ilə bankdankənar nağd qaydada aparılmasının aradan qaldırılması və bütövlükdə nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə normativ hüquqi bazanın təkmilləşdirilməsi barədə təkliflər hazırlamalı və Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Bundan başqa, ölkənin regionları üzrə müəyyən olunmuş vergi daxilolmaları proqnozunun tam icra edilməsi, habelə hesablanmış vergilərin və vergi borclarının dövlət büdcəsinə ödənilməsi üçün zəruri tədbirlər görülməli, görülmüş işlər barədə hər rübdən sonrakı ayın 20-dək Azərbaycan Respublikasının Prezidentinə və Nazirlər Kabinetinə məlumat təqdim edilməlidir.
Növbəti ildə vergi orqanları qarşısında qoyulmuş vəzifələrin icrası ilə əlaqədar müasir dövrün tələblərinə uyğun olaraq funksional sahələr üztə məqsədyönlü siyasətin həyata keçirilməsi, vergi qanunvericiliyi və inzibatçılığının daha da təkmilləşdirilməsi, vergi nəzarətinin səmərəliliyinin artırılması, vergi ödəyicilərinə xidmətin səviyyəsinin yüksəldilməsi və bütövlükdə vergi sisteminin daim inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan qeyd olunan və fərmanla müəyyənləşdirilmiş digər vəzifələrin icrası məqsədilə 2011-ci il üzrə Vergilər Nazirliyinin qarşısında duran vəzifələrin yerinə yetirilməsi sahəsində görüləcək işlər barədə vergilər nazirinin əmri ilə həmin vəzifələrin icrasını təmin edən Tədbirlər Planı təsdiq olunmuş, işçi qrupları yaradılmışdır.{nl}

V.BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında