Mərkəzi Bank ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında əməkdaşlıq məsələləri müzakirə olunmuşdur

Mərkəzi Bankın sədri Elman Rüstəmov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Tomas Mirounun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

{nl}

Görüşdə postböhran dövründə Azərbaycanda makroiqtisadi siyasətin əsas prioritetləri, maliyyə sisteminin dayanıqlığının təmin edilməsi istiqamətində Mərkəzi Bankın hədəfləri və bu hədəflərə nail olmaq məqsədi ilə tətbiq edilməsi səmərəli sayılan taktiki alətlərdən istifadə yolları müzakirə edilmişdir.

{nl}

AYİB prezidenti  Azərbaycan Respublikası ilə əlaqələrin səviyyəsindən məmnunluğunu bildirmiş və ölkəmizdə icra olunan proqramların yüksələn xətlə davam etdirilməsinin zəruriliyini vurğulamışdır. T.Mirou təmsil etdiyi qurumun Azərbaycanın maliyyə-bank sektorunda fəaliyyətini yüksək qiymətləndirmiş və bu sahədə dəstəyinə görə Mərkəzi Bankın sədrinə minnətdarlığını bildirmişdir.

{nl}

Görüşdə, həmçinin Mərkəzi Bank ilə AYİB arasında gələcək qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunmuşdur. 

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında