İki ayda 10 milyard 42,6 milyon manatlıq ÜDM istehsal olunmuşdur

2017-ci ilin yanvar-fevral aylarında ölkədə Ümumi Daxili Məhsul istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz artaraq 10 milyard 42,6 milyon manat təşkil etmişdir. Əhalinin hər nəfərinə düşən ÜDM 1035,6 manata bərabər olmuşdur.

Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilir ki, Ümumi Daxili Məhsulun 46,7 faizi sənayedə, 9,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 7,6 faizi tikintidə, 6,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 2,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrində, 15,8 faizi isə digər sahələrdə istehsal edilmişdir. Məhsula və idxala xalis vergilər ÜDM-in 6,5 faizini təşkil etmişdir.

Bu dövrdə iqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,3 faiz artmış, onun ÜDM-də xüsusi çəkisi 56,8 faiz olmuşdur.

Samirə Əliyeva,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında