Azərbaycan Gürcüstanın ən iri xarici investorudur

Ötən il Gürcüstan iqtisadiyyatına yatırılan birbaşa investisiyaların həcmi 1,645 milyard dollar təşkil edib.

"APA-Economics" Gürcüstanın Statistika İdarəsinin açıqladığı rəqəmlərə istinadən xəbər verir ki, ötən il qonşu ölkənin iqtisadiyyatına cəlb olunan birbaşa investisiyaların həcmi 2015-ci illə müqayisədə 22 faiz çoxdur. Bu məbləğin 32 faizi və ya 1,119 milyard dolları təkrar investisiyaların payına düşüb.

Gürcüstan iqtisadiyyatına yatırılan birbaşa investisiyaların 35 faizi və ya 1,069 milyard dolları Azərbaycanın payına düşür. İkinci və üçüncü yerləri müvafiq olaraq 17 faizlə və 7 faizlə Türkiyə və Böyük Britaniya tutur.

Birbaşa investisiyaların daha çox yatırıldığı sektorlara gəlincə, hesabat dövründə nəqliyyat və rabitə sektoruna 645 milyon dollar cəlb olunub ki, bu da birbaşa xarici investisiyaların 39 faizinə bərabərdir. İkinci yerdə 203 milyon dollarlıq göstərici ilə energetika sahəsi qərarlaşıb. Təxminən 163 milyon dollarlıq birbaşa investisiyanın cəlb olunduğu tikinti sektoru üçüncü yerdədir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında