Neft sənayesində müasir texnologiyaların tətbiqinə diqqət artırılır

 Son illər ölkəmizdə neft-qaz yataqlarının işlənilməsində və istismarında, karbohidrogen ehtiyatlarının  hasilatında yeni texnika, texnologiya və avadanlıqları uğurla tətbiq olunur. Bu baxımdan SOCAR-ın “Azneft” İstehsalat Birliyi quyuların neftvermə əmsalının artırılması ilə bağlı tədbirləri 2016-cı ildə də davam etdirib.

İl ərzində lift boruların təmizlənməsi üçün padus qurğularının istifadə dairəsi genişləndirilmiş, ''PADUS-2'' parafinkəsici qurğusunun “Neft Daşları” və N.Nərimanov adına neftqazçıxarma idarələri üzrə ümumilikdə 73 quyuda tətbiq olunub. Bu da 23 min 122 ton əlavə hasilatına imkan yaradıb.  Quyuların əsaslı və cari təmirində istifadə olunan tutucu, kəsici və köməkçi alətlər dörd quyuda tətbiq olunub ki, bu da  5443 ton əlavə neft əldə edilməsi ilə nəticələnib. Bundan əlavə, birliyin 6 neftqazçıxarma idarəsinin istismarında olan 9 quyuda hidrostatik qumtəmizləyici qurğunun sınağı aparılıb, müsbət nəticə alınıb. İlin sonunda isə həmin qurğudan daha 36-sı 7 quyuda tətbiq olunub. Yeni texnologiya kimi “Boru ştanqlı quyu nasos qurğusu” “Abşeronneft” NQÇİ-də iki quyuda tətbiq edilib.  2017-ci ildə bu texnologiyanın daha 20 quyuda tətbiqi planlaşdırılır.

Məlum olduğu kimi, quyuların lift boruları tez-tez korroziyaya uğrayaraq deşilir. Korroziyanın qarşısını almaq məqsədilə şüşə-plastik nasos-kompressor boruların yeni texnologiya kimi tətbiqi də müsbət nəticə verib. Artıq üç aydır ki, “Bibiheybətneft” NQÇİ-nin 3293 saylı quyusunda şüşə-plastik nasos-kompressor boruları tətbiq olunur. Bütövlükdə isə  2016-cı il ərzində “Azneft” İstehsalat Birliyi üzrə səmərəliliyin artırılması məqsədilə 226 obyektdə 24 adda yeni texnika və texnologiyanın tətbiqi nəticəsində 31,6 min ton əlavə neft əldə edilib ki, bu da əvvəlki illə müqayisədə 2,1 min ton çoxdur. Bu tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.      

 M. YAQUBZADƏ,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında