ABŞ dövlət katibi “Cənub Qaz Dəhlizi”nə tam dəstəyini ifadə edib

“ABŞ dövlət katibi Reks Tillerson “Cənub Qaz Dəhlizi” layihəsinə tam dəstək ifadə edir”.  “APA-Economics” xəbər verir ki, bunu dövlət katibinin xüsusi elçisi vəzifəsini icra edən Meri Uorlik Vaşinqtonda keçirilən ABŞ-Azərbaycan konfransında çıxışı zamanı bildirib.

Diplomat qeyd edib ki, ABŞ bundan sonra da adıçəkilən layihəyə dəstək verməkdə qətiyyətlidir. “Bu layihə və onun komponenti olan TAP layihəsi Avropanın enerji mənbələrinin diversifikasiyasına xidmət edir”.

ABŞ Dövlət Departamentinin başqa bir xüsusi elçisi Amos Hokstayn isə bildirib ki, rəsmi Vaşinqton “Cənub Qaz Dəhlizi” layihəsinin uğurla reallaşacağına inanır: “ABŞ “Cənub Qaz Dəhlizi” layihəsi vasitəsilə qaz almayacaq, lakin əvvəldən onun reallaşmasını dəstəkləyən ölkələrdən biri olub”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında