Yanvar ayında əsas kapitala 954 milyon manat vəsait yönəldilmişdir

2017-ci ilin yanvar ayında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş 954,2 milyon manat vəsaitin 751,5 milyon manatı neft sektoruna, 202,7 milyon manatı isə qeyri-neft sektoruna yönəldilmiş, ümumi sərmayənin 70,6 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir.

 Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilir ki, istifadə olunmuş vəsaitin 89,3 faizi məhsul istehsalı obyektlərinin, 7,7 faizi xidmət sahələri üzrə obyektlərin, 3 faizi isə ümumi sahəsi 107,6 min kvadratmetr olan yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 31,5 faizini təşkil etmişdir.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 84,4 faiz, bank kreditləri 8,2 faiz, büdcə vəsaitləri 3,5 faiz, əhalinin şəxsi vəsaitləri 3,0 faiz, büdcədənkənar fondların vəsaitləri isə 0,9 faiz təşkil etmişdir.

Samirə ƏLİYEVA,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında