Ötən il Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində 50,3 milyon ton yük daşınmışdır

2016-cı ildə Avropa-Qafqaz-Asiya nəqliyyat  dəhlizinin Azərbaycan hissəsində daşınmış  yüklərin həcmi 50,3 milyon ton, yük dövriyyəsi isə 9 milyard 917,4 milyon ton-km olmuşdur.

Dövlət Statistika Komitəsindən aldığımız məlumatda deyilir ki, yüklərin 31,5 milyon tonu və ya 62,6  faizi  avtomobil nəqliyyatı, 13,8 milyon tonu  və ya 27,4 faizi dəmir yolu nəqliyyatı, 5 milyon tonu və ya  10 faizi dəniz nəqliyyatı ilə daşınmışdır.             

2015-ci illə müqayisədə dəhliz vasitəsilə daşınmış yüklərin həcmində 3,7 faiz azalma müşahidə  edilmişdir. Bunun əsas səbəbi dəmir yolu və  dəniz nəqliyyatı ilə yük  daşınmasındakı azalmalar (müvafiq olaraq 10,9 faiz və 17,7 faiz) olmuşdur. Qeyd olunan dövrdə  avtomobil nəqliyyatı ilə daşınmış yüklərin həcmi 2,7 faiz artmışdır.                                  

Dəhliz vasitəsilə daşınmış yüklərin 15,7 faizini və ya 7,9 milyon tonunu tranzit yüklər təşkil etmişdir.

 Samirə Əliyeva,
“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında