Qaz anbarlarının həcmi genişləndiriləcək

“Azneft” İstehsalat Birliyinin Qaz Anbarlarının İstismarı İdarəsində 2016-cı ilin istehsalat fəaliyyəti və texniki-iqtisadi göstəricilərinin təhlilinə həsr olunmuş müşavirə keçirilmişdir.

SOCAR-dan  verilən məlumatda deyilir ki, idarənin rəisi Rövşən Qarayev hesabat xarakterli çıxışında bildirmişdir ki, yeraltı qaz anbarları mühüm dövlət əhəmiyyəti kəsb edən obyektlər kimi əhalinin payız-qış aylarında “mavi yanacağa” olan tələbatının tənzimlənməsində, magistral və ixrac qaz kəmərlərinin fasiləsiz istismarında mühüm rol oynayır. Bu məqsədlə SOCAR tərəfindən reallaşdırılan yeni qaz strategiyasının tərkib hissələrindən olan yeraltı qaz anbarlarının yenidən qurulmasında, qorunub saxlanmasında, onların düzgün istismarında, qabaqcıl texnologiyaların tətbiqində və digər göstəricilərin yaxşılaşdırılmasında böyük nailiyyətlər qazanılmışdır. İdarə rəisi ötən il qazvurma mövsümündə yeraltı qaz anbarlarına 1 milyard 987 milyon kubmetr qaz vurularaq qalıq qazla birlikdə 2 milyard 968 milyon kubmetr qaz ehtiyatı yaradıldığını bildirmişdir. Bu günə qədər qaz anbarlarından 1 milyard 873 milyon kubmetr qaz çıxarılaraq təhvil verilmişdir. Hazırda “Azneft” İB tərəfindən qaz anbarlarının imkanlarının genişləndirilməsi üçün geoloji sahədə də mühüm tədbirlər həyata keçirilir. Bu məqsədlə “Qaradağ” yatağında 25, “Qalmaz” yatağında 21 yeni quyunun qazılması, işçi təzyiqi 250 atmosfer olan yeni kompressor stansiyasının inşası nəticəsində idarə üzrə qaz həcmlərinin 6 milyard kubmetrə çatdırılması planlaşdırılır. Cari il ərzində 7 yeni quyunun qazılması nəzərdə tutulmuşdur.

Daha sonra birliyin baş ­direktorunun əməyin mühafizəsi üzrə müavini Cəlair Səmədov çıxış edərək, İstehsalat Birliyinin rəhbərliyi tərəfindən idarədə əməyin mühafizəsi və təhlükəsizlik texnikası sahəsində görülən işlərin yüksək qiymətləndirildiyini iştirakçıların diqqətinə çatdırmışdır. Sonda əməyin mühafizəsi sahəsində davranış və təhlükəsizliyin müşahidə vərəqələrinin təhlili nəticəsində istismar avadanlıqları sahəsinin işçiləri Nəzər Atalıyev və Elşən Hətəmova “İstehsalatla əlaqədar təhlükənin qarşısını aldıqlarına” görə “Azneft” İB-nin tərifnamələri və qiymətli hədiyyələri təqdim olunmuşdur. İdarənin 2016-cı il ərzində əməyin mühafizəsi sahəsində Davranış və təhlükəsizliyin müşahidə sistemi üzrə fərqlənmiş ümumilikdə 12 işçisi qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.                              

Samirə Əliyeva,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında