İtaliyanın Genuya şəhərində Azərbaycan iqtisadiyyatına dair təqdimat keçirilmişdir

Aprelin 20-də Azərbaycanın İtaliyadakı səfirliyi tərəfindən və ölkəmizin Genuya şəhərindəki fəxri konsulu xanım Marqarita Kostanın dəstəyi ilə bu şəhərdə Azərbaycan iqtisadiyyatına həsr olunmuş təqdimat keçirilmişdir.
Səfirlikdən bildirmişlər ki, tədbirdə mərkəzi Genuya şəhəri olan Liguriya regionunda fəaliyyət göstərən 40-dək İtaliya şirkətinin təmsilçiləri, "Liguriya İnternational" Assosiasiyasının sədri Franko Aprile, "World Trade Center of Genoa" Agentliyinın direktoru Pietro Kosta, Azərbaycanın İtaliyadakı fəxri konsulu xanım Marqarita Kosta, Genuya Ticarət Palatasının sədri Paolo Odone, SİMEST (İtaliya şirkətlərinin xaricdə təşviqi üzrə assosiasiya) və digər iqtisadi qurumların rəsmiləri iştirak etmişlər.
Səfir Emil Kərimov ölkəmizin uğurlu iqtisadi siyasəti və Azərbaycan ilə İtaliya arasında mövcud iqtisadi əlaqələrin inkişaf perspektivləri barədə danışmışdır. Vurğulamışdır ki, Azərbaycanın iqtisadi və sosial inkişafının əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
"Liguriya İnternational" Assosiasiyasının sədri Franko Aprile ölkəmizdə qeyri-neft sektorunda, xüsusilə də gəmiqayırma, turizm, nəqliyyat sahələri üzrə perspektivlərdən danışmış və İtaliyanın iş adamlarını Azərbaycana səfərə dəvət etmişdir.
"World Trade Center of Genoa" Agentliyinın direktoru Pietro Kosta hazırda dünyada müşahidə olunan iqtisadi böhrana və digər qlobal təsirlərə baxmayaraq, Azərbaycan iqtisadiyyatının inamla inkişaf etdiyini vurğulamış, ticarət əlaqələrinin perspektivlərindən söz açmışdır.
Ölkəmizin İtaliyadakı fəxri konsulu Marqarita Kosta öz çıxışında Liguriya regionunda ənənəvi olaraq gəmiçilik və turizm sahələrinin inkişaf etdiyini, bu istiqamətlər üzrə Azərbaycan ilə əlaqələr yaradılmasının məqsədəuyğunluğunu qeyd etmişdir.
Genuya Ticarət Palatasının sədri Paolo Odone ölkərimiz arasında iqtisadi əlaqələrin gücləndirilməsi üçün mövcud potensialdan tam istifadə edilməsinin vacibliyini vurğulamış və Liguriya şirkətlərinə Azərbaycan bazarına daxil olması üçün daha fəal olmalarını tövsiyə etmişdir.
Çıxışlardan sonra "Lider" telekanalı tərəfindən hazırlanmış "Welcome to Azerbaijan" filmi göstərilmişdir.
Tədbirdə səfirliyin katibi M.Zülfüqarov Azərbaycan iqtisadiyyatının müxtəlif sahələri barədə ətraflı məlumat vermişdir. O, Azərbaycan iqtisadiyyatına xarici sərmayələrin cəlb edilməsi üçün mövcud əlverişli işgüzar mühit, habelə prioritet qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində görülmüş tədbirlər, informasiya və kommunikasiya texnologiyaları, tikinti, nəqliyyat, kənd təsərrüfatı, turizm, maliyyə və bank sahələrində aparılmış islahatlar, əməkdaşlıq perspektivləri haqqında geniş söz açmışdır.
İştirakçılara Azərbaycanın İtaliyadakı səfirliyi tərəfindən italyan dilində nəşr edilmiş "Bellissima Baku" (Gözəl Bakı), "Baku e Napoli" kitabçaları və digər materiallar paylanmışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında