Avropa İttifaqı neftə olan tələbatının 5 faizini Azərbaycanın hesabına ödəyir

Xəzər dənizindən hasil olunan qazın Avropaya çatdırılmasını nəzərdə tutan “Cənub” qaz dəhlizi layihəsi strateji təşəbbüsdür.

 “APA-Economics” xəbər verir ki, bunu "Caspian Energy News" jurnalına müsahibəsində Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç (Maroš Šefčovič) bildirib.

Şevçoviçin sözlərinə görə, “Cənub” qaz dəhlizi layihəsi Avropanın enerji təhlükəsizliyi strategiyasının əsas prioritetlərindən biridir. "Azərbaycan Avropa İttifaqının əsas enerji tərəfdaşlarından biridir. Hazırda Avropa İttifaqı neftə olan tələbatının 5 faizini Azərbaycanın hesabına ödəyir. Lakin “Cənub” qaz dəhlizi layihəsinin icrası ilə Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında rolu artacaq. Layihənin nəzərdə tutulan vaxtda icra olunması olduqca əhəmiyyətlidir".

M. Şefçoviç qeyd edib ki, “Cənub” qaz dəhlizi layihəsinin icrasını koordinasiya etmək üçün Azərbaycan prezidenti İlham Əliyev Məşvərət Şurasını təsis edib. Məşvərət Şurasının növbəti iclası bu il fevralın 23-də baş tutacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında