Şriftin ölçüsü:
23.12.2010 02:12 | Oxunma sayı: 719
Azərbaycan Türkiyə İş Adamları Birliyi , Qara dəniz və Xəzər dənizi Sahibkarlar Konfederasiyaları Birliyi (UBCCE) və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) təşkilatçılığı və "CNİM" şirkətinin dəstəyi ilə "Azərbaycanda yaşıl iqtisadiyyatın və yaşıl biznesin perspektivləri" mövzusunda beynəlxalq seminar keçirilmişdir.
Üç sessiyadan ibarət seminarda UBCCE-nin birinci vitse-prezidenti Ahmet Erentok, Sənaye və Energetika Nazirliyinin (SEN) Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktor müavini Cəmil Məlikov, ARDNŞ-in Ekoloji Layihələrin İdarəedilməsi Departamentinin direktoru Ramiz Əliyev və GTZ-in Ətraf Mühit və İqlim Dəyişikliyi Departamentinin Ətraf Mühit, Resurs Səmərəliliyi və Tullantıların İdarəedilməsi şöbəsinin rəhbəri Detlef Şrayber çıxış etmişlər.
"Ölkənin neft-kimya sənayesində ətraf mühit standartlarının tətbiqi" adlı birinci sessiyada neft-kimya sənayesində ətraf mühit standartlarının tətbiqinin yeni institusional və hüquqi çərçivələri, eləcə də bu sahədə beynəlxalq əməkdaşlıq üçün mümkün istiqamətlər müzakirə olundu. ARDNŞ-nin "Azərkimya" İB-nin Əməyin mühafizəsi, təhlükəsizlik və ekologiya şöbəsinin rəisi Qəzənfər İmanov, BASF Caspian şirkətinin icraçı direktoru Ümit Başdaş, GTZ-in Ətraf Mühit və İqlim Dəyişikliyi Departamentinin Ətraf Mühit, Resurs Səmərəliliyi və Tullantıların İdarəedilməsi şöbəsinin rəhbəri Detlef Şrayber məruzə etdilər. "Azərbaycanda alternativ enerji mənbələri və enerji səmərəliliyi" adlı ikinci sessiyada mövzu ilə bağlı Sənaye və Energetika Nazirliyinin (SEN) Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktor müavini Cəmil Məlikov, Regional Ətraf Mühit Mərkəzinin (Türkiyə) baş məsləhətçisi və İqlim Platformunun baş katibi Önder Algedik, Kaspian Texnoloji şirkətinin texniki direktoru Nəzir Ramazanov, Alman Azərbaycan Biznes Assosiasiyasının (DAWF) direktoru Florian Şröyder çıxış etdilər. Məruzələrdə Azərbaycanda qeyri-ənənəvi mənbələrdən (günəş, hidroelektrik, külək və s.) alınan yeni enerji ehtiyatlarından istifadənin mümkünlüyü və eyni zamanda, müvafiq proqramların icrası ilə bağlı tənzimləyici problemlərə dair müzakirələr, həmçinin enerji səmərəliliyi mövzusu əhatə edildi.
"Azərbaycanda tullantıların idarə olunması məsələləri" adlı üçüncü sessiyada bu sistemin kompenentləri (toplanması, daşınması, emalı, təkrar emalı, yerləşdirmə və tullantılara nəzarət) və onun kommersiya səmərəliliyini əhatə edilməsi müzakirə edildi. "Təmiz Şəhər" ASC-nin İdarə Heyəti sədrinin müavini Etibar Abbasov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin təhlükəli tullantıların idarəedilməsi sektorunun müdiri Adil Zeynalov, CNİM şirkətinin ətraf mühit məsələləri üzrə direktoru və Avropa Tullantıların Enerjiyə Çevrilməsi Texnologiyaları Təchizatçılarının (ESWET) Texniki Komitəsinin sədri Hubert de Şefdebyen məruzə etdilər.
Qeyd edək ki, seminar UBCCE və GTZ təşkilatlarının ortaq olaraq həyata keçirdikləri "UBCCE ölkələrində Yaşıl Biznesi Dəstəkləmə Strategiyasının Formalaşdırılması" layihəsi çərçivəsində təşkil edilib. Layihəyə Almaniya Ətraf Mühit Nazirliyi tərəfindən də dəstək verilir. Layihənin əsas məqsədi iqlim dəyişlikliyinin ortaya çıxarıldığı çağırışlara və imkanlara özəl sektor tərəfindən çevik və səmərəli cavab verilməsi üçün ümumi biznes strategiyasının formalaşdırılmasıdır. Strategiya çərçivəsində özəl sektora və digər maraqlı tərəflərə idarəetmə məsələləri, biznes imkanları, texnologiyaların transferi və əməkdaşlıq barədə lazımi informasiya təqdim ediləcək. Layihənin əsas fokusu iqlimə uyğun texnologiyalar, enerji və resurslardan səmərəli istifadə məsələləridir. Xatırladaq ki, ATİB 2006-cı ildə təsis edilən və hazırda 19 ölkədən 24 üzvü olan Qara Dəniz və Xəzər dənizi İş Adamları Konfederasiyaları Birliyinin (UBCCE) birinci vitse-prezidentidir.
{nl}
Z. BƏŞİRQIZI, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.