Azərbaycan 2016-cı ildə 186 ölkə ilə xarici ticarət əlaqələri saxlamışdır

2016-cı ildə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 186 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 116 ölkəyə məhsul ixrac olunmuş, 177 ölkədən idxal olunmuşdur.

Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilir ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2016-cı ildə xarici ticarət dövriyyəsi 21 milyard 650,8 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 13 milyard 118,4 milyon dollar, idxalın dəyəri 8 milyard 532,4 milyon dollar təşkil etmiş, nəticədə 4 milyard 586 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır.

Ticarət dövriyyəsinin 36,2 faizi Avropa İttifaqı ölkələrinin, 13 faizi MDB üzvü olan dövlətlərin, 50,8 faizi isə dünyanın digər ölkələrinin payına düşmüşdür.

İxracın dəyərinin 17,1 faizi İtaliya, 12,4 faizi Türkiyə, 8,7 faizi Tayvan (Çinin əyaləti), 7,3 faizi İsrail, 6,7 faizi Almaniya, 5,4 faizi Fransa, 4,8 faizi Hindistan, 4,5 faizi Rusiya, 3,8 faizi Gürcüstan və 3 faizi Çinə, qalan 26,3 faizi isə digər ölkələrə göndərilmiş məhsullar əsasında formalaşmışdır.

İdxal olunmuş məhsulların dəyərinin 19,2 faizi Rusiyanın, 13,8 faizi Türkiyənin, 8,2 faizi Çinin, 5,8 faizi Birləşmiş Krallığın, 5,5 faizi ABŞ-ın, 4,7 faizi Almaniyanın, 3,9 faizi İtaliyanın, 3,4 faizi Ukraynanın, 3,3 faizi Yaponiyanın, 3,2 faizi Norveçin, 29 faizi isə digər ölkələrin payına düşmüşdür.

2016-cı ildə 1 milyard 237,1 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilmişdir ki, bu da 2015-ci ilə nisbətən real ifadədə 16,4 faiz azdır.

  2016-cı ildə 2015-ci illə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 23,9 faiz, təzə tərəvəz – 49,5 faiz, kartof – 4,1 faiz, qara metallardan borular – 5,3 dəfə, pambıq  ipliyi – 11,0 faiz artmış, şəkər ixracı isə 50,9 faiz, bitki yağları – 56,3 faiz, çay – 73,5 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 89,1 faiz, polietilen – 3,7 faiz, emal olunmamış alüminium – 22,7 faiz azalmışdır.

2015-ci illə müqayisədə 2016-cı ildə buğda idxalı 18,2 faiz, xam şəkər və şəkər – 25,3 faiz, bitki yağları – 20,1 faiz, təzə meyvə – 24,7 faiz, kərə yağı, digər süd yağları və pastaları – 4,1 faiz, çay – 69,0 faiz, kartof  – 46,7 faiz, quş əti və onun əlavə məhsulları – 3,3 dəfə, təzə tərəvəz – 80,1 faiz, mal əti – 3,9 faiz, polad prokatı – 4,0 faiz, mebel – 20,1 faiz, mineral gübrələr – 9,7 faiz, hesablama maşınları, blok və qurğuları – 3,3 dəfə, rezin şinlər – 38,9 faiz, məişət kondisionerləri – 5 dəfə artmış, minik avtomobillərinin idxalı isə 79 faiz azalmışdır.

Samirə Əliyeva,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında