TAP-ın Albaniyadan keçən hissəsi 1,5 milyard avroya başa gələcək

TAP layihəsinin Albaniyadan keçən hissəsinə bu il 400 milyon  avro həcmində investisiya yatırılacaq. "APA-Economics" xəbər verir ki, bunu TAP-ın Albaniya üzrə baş direktoru Şkelqim Bozqo  bildirib.

"İşlərin gedişatından asılı olaraq bu il layihəyə 400 milyon avro həcmində investisiyanın yatırılması nəzərdə tutulub. Bizim hesablamalarımıza görə, layihəyə yatırılan investisiyalar Albaniyanın ÜDM-nin 4 faizinə bərabər olacaq", – deyə Ş.Bozqo bildirib.

Baş direktor əlavə edib ki, TAP ­Albaniyanın iştirak etdiyi ən iri layihədir.

"İnvestisiya qoyuluşunun tempi qorunarsa, gələn il onların həcmi 1,5 milyard avroya çatacaq", – deyə baş direktor bildirib.

Qeyd edək ki, TAP layihəsinin Albaniyadan keçən hissəsinə 1800 nəfərlik işçi qüvvəsi cəlb olunub. Layihənin reallaşdırılması Albaniya ÜDM-nin 150 milyon avro artmasına səbəb olacaq.

Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından çıxarılan qazı Avropaya nəql edəcək TAP boru kəmərinin uzunluğu təxminən 878 kilometrdir. TAP Türkiyə ilə Yunanıstan sərhədində yerləşən Kipoi məntəqəsində Trans-Anadolu qaz boru kəmərinə (TANAP) birləşəcək. TANAP və TAP konsorsiumları arasında tikinti zamanı əməkdaşlığa dair saziş imzalanıb və iki layihənin bir-birinə birləşdirilməsi üçün vacib şərtləri özündə əks etdirir. TAP layihəsi Azərbaycan qazının Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. 2020-ci ildə fəaliyyətə başlayacaq TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması planlaşdırılır. TAP-ın genişləndirilməsi üçün yalnız iki kompressor stansiyasının quraşdırılması məqbul hesab edilir.

TAP layihəsinin səhmdarları SOCAR (20%), BP (20%), "Snam" (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləridir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında