Xızıda sahibkarlara 165 min manat güzəştli kredit verilmişdir

2010-cu ilin ötən dövründə 1399 sahibkara 113,2 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşması nəticəsində 5500-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. Verilmiş kreditlərin 99,8 faizi regionların payına düşür ki, bu da bölgələrdə sahibkarlıq fəaliyyətinin inkişafına geniş imkanlar yaradır.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini dekabrın 21-də Xızı rayonunda keçirmişdir.
Tədbirdə Xızı və ətraf rayonlarda fəaliyyət göstərən 60-a yaxın sahibkar iştirak etmişdir.
Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, tədbirdən əvvəl Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına güzəştli kredit almış Xızı rayonundakı illik istehsal gücü 11 milyon ədəd damazlıq yumurta olan "Şurabad Broyler" ASC və illik istehsal gücü 12 milyon ədəd damazlıq yumurta və 2,5 min ton quş əti olan "Şurabad Quşçuluq" MMC-də aparılan tikinti işlərinə baxış keçirilmişdir.
Sonra "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir işinə başlamışdır.
Xızı Rayon İcra Hakimiyyəti başçısının müavini Azər Əlizadə Azərbaycan Prezidenti tərəfindən təsdiq edilmiş dövlət proqramlarının uğurlu icrası nəticəsində regionlarda iqtisadiyyatın bütün sahələrində, o cümlədən sənaye və kənd təsərrüfatında əsaslı irəliləyişə nail olunduğunu bildirmişdir.
İqtisadi İnkişaf Nazirliyinin regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov Prezident İlham Əliyevin düşünülmüş, çevik iqtisadi siyasəti nəticəsində qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olunduğunu qeyd etmiş, regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyinin sistemli şəkildə həyata keçirilməsi nəticəsində iqtisadiyyatda özəl bölmənin rolunun daha da artdığını vurğulamışdır.
Tədbirdə çıxış edən İqtisadi İnkişaf Nazirliyi Bakı Biznes Tədris Mərkəzi direktorunun müavini Rahim Mürsəlov sahibkarlığın inkişafına dövlət dəstəyinin əsas komponentlərindən birinin sahibkarların və sahibkarlıq fəaliyyətinə yeni başlamaq istəyənlərin maarifləndirilməsi olduğunu vurğulamış, bu istiqamətdə mərkəzin gördüyü işlər barədə məlumat vermişdir.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev qurumun fəaliyyəti və güzəştli kreditlər hesabına bölgələrdə həyata keçirilən layihələr barədə məlumat vermişdir. Şirzad Abdullayev hazırda fondun iqtisadiyyatın müxtəlif sahələri üzrə investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirdiyini bildirmiş, sahibkarları fəal əməkdaşlığa dəvət etmişdir.
Tədbirdə sahibkarlar üçün "Güzəştli kreditlərin verilməsi mexanizmi, investisiya layihələrinin hazırlanması və təqdim olunması" mövzusunda treninq keçirilmiş, iş adamlarına metodiki materiallar paylanmışdır.
Tədbir çərçivəsində, həmçinin müvəkkil kredit təşkilatları vasitəsilə Xızı və ətraf rayonlarda fəaliyyət göstərən 12 sahibkarlıq subyektinə 165 min manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 30-a yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında