Mobil qurğular daha təkmil olacaq

IBM şirkəti ənənəvi olaraq ilin sonu ərəfəsində yeni "Next Five in Five" - növbəti 5 ildə insanların həyatlarını tamamilə dəyişmək imkanına malik texnoloji sahənin beş inkişaf istiqamətindən ibarət siyahısını təqdim edib. Bu barədə məlumatı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidməti yayıb.
IBM ekspertlərinin fikrincə, növbəti beşillikdə mobil qurğular "daha personal" olacaq, yəni sahiblərinə onların gündəlik həyatlarında daha çox yardım etmək qabiliyyətində olacaqlar. Mütəxəssislər naviqasiya və LBS-həlləri (istifadəçinin olduğu yer haqqında məlumat emal etmək imkanına malik mobil həllər) bazarında da nəzərəçarpacaq qədər dəyişikliklərin baş verəcəyini düşünür. Smartfonlar nəinki hərəkət zamanı optimal marşrut barədə bildirmək, həmçinin istifadəçinin istiqamətləndiyi ofis və ya mağazanın yanında avtomobilini saxlamaq üçün boş yerlər haqqında da lazımi informasiyanı təmin edə biləcəklər.
Beş il ərzində fəzada optik cihazsız görünən üçölçülü təsvir yaratmaq imkanına malik ilk kommersiya sistemləri ərsəyə gətiriləcək. IBM-in hesabatında bu texnologiya üçölçülü qoloqrafiya adlandırılıb.
Alimlər bildirir ki, burada söhbət düz səthdə formalaşdıran relyef effektindən (qeyd edək ki, hazırda müasir 3D-televizorlar və digər bu kimi qurğularda məhz bu cür texnologiya tətbiq edilir) deyil, həqiqətən də üçölçülü obyektlərdən gedir. Proqnozlaşdırılır ki, stasionar projektorlar, hətta smartfonlar belə holoqram çıxarmaq imkanları ilə təchiz olunacaq. Misal üçün, mobil telefonla danışarkən istifadəçi xəttin qarşı tərəfindəki müsahibini üzbəüz olduğu kimi görə biləcək. Bununla belə, alimlər bu texnologiyanın beş ilə və ya daha çox vaxta ərsəyə gətiriləcəyini dəqiqləşdirmir.
IBM-in hesabatında portativ enerji təchizatı sahəsində də islahatların baş verəcəyi qeyd olunur. Bir qayda olaraq akkumulyator batareyalarının tutumu ildə 7 faiz artır. Növbəti beş ildə isə qurğuların avtonom iş rejimini 10 dəfə artıracaq batareyaların yaradılacağı bildirilir. Qeyd olunur ki, bu, yeni enerji hasilatı üsullarının işlənib hazırlanması hesabına mümkün olacaq. Mütəxəssislərin fikrincə, gələcək beş ildə təşkilatlar, eləcə də dünyanın ayrılıqda hər bir sakininin ətraf mühitə yanaşma məsuliyyəti də artacaq. Dünyada sayı daim artan superkompyterlərin su ilə soyudulma sisteminə keçiddən sonra, burada yaranan isti su, binaların isidilməsi üçün istifadə ediləcək, bu isə emal olunmuş enerjinin daha səmərəli istifadəsinə şərait yaradacaq.
Smartfon, məişət texnikası, avtomobil və s. avadanlıqlarda tətbiq edilən modulların köməyi ilə istifadəçi toplanılmış statistik məlumatları bu və ya digər aidiyyəti elmi mərkəzlərə göndərə biləcək. Nəticədə mütəxəssislər insanların fəaliyyətini, eləcə də cəmiyyətdəki tendensiyaları daha yaxşı öyrənə bilər. IBM-də hesab edirlər ki, bu cür məlumatın ötürülməsi hər hansı təhlükə yarada bilməz. Çünki bu cür informasiyada şəxsi bilgilər olmayacaq və istifadəçi onların təyinat nöqtəsini özü seçəcək.
Qeyd edək ki, IBM-in bundan əvvəlki proqnozları özünü tam doğrultmasa da, texnoloji sahənin inkişafı ilə əsasən uyğunluq təşkil edirdi.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında