Sahibkarlar Azərbaycan qanunvericiliyinin Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılmasında yaxından iştirak edəcəklər

Azərbaycan Milli Məclisi və Litva Seymi arasında reallaşdırılan "Tvinninq" layihəsi çərçivəsində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında (ASK) litvalı ekspertlərlə görüş keçirilmişdir.
ASK-nın mətbuat xidmətindən bildirmişlər ki, görüşdə Litva tərəfdən İqtisadiyyat Nazirliyinin nümayəndəsi Martinas Barisas və Vilnüs Universitetinin əməkdaşı Ramunas Vilpişauskas iştirak etmişlər.
ASK-nın prezidenti Məmməd Musayev qonaqlara təşkilatın yaranması və fəaliyyəti barədə ətraflı məlumat vermiş, Azərbaycanın Avropaya inteqrasiyası prosesində qanunvericiliyin təkmilləşdirilməsinin vacibliyini, Litvanın bu sahədəki təcrübəsindən istifadə edilməsinin zəruriliyini vurğulamışdır.
Məmməd Musayev sahibkarların təkliflərinin vaxtaşırı ümumiləşdirilərək qanunvericiliyin təkmilləşdirilməsi prosesində öz əksini tapması üzrə göstərilən səylərdən danışmış, bu sahədəki boşluqların doldurulması istiqamətində aparılan işləri diqqətə çatdırmışdır. ASK prezidenti bu sahə ilə bağlı qanunvericilik aktlarının parlamentdə qəbul olunmamışdan əvvəl sahibkarların rəylərinin öyrənilməsi üçün onların müzakirəsinə verilməsi məsələsinin də zəruriliyini bildirmişdir.
Litvalı ekspertlər görüşün faydalı olduğunu qeyd etmiş, tərəflər arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulamışlar.{nl}

AzərTAc

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında