Azərbaycan yanvar-noyabr aylarında 183 ölkə ilə xarici ticarət əlaqələri saxlamışdır

2016-cı ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 183 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 114 ölkəyə məhsul ixrac olunmuş, 173 ölkədən idxal olunmuşdur.

Dövlət Statistika Komitəsindən aldığımız məlumatda bildirilir ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2016-cı ilin yanvar-noyabr aylarında xarici ticarət dövriyyəsi 19 milyard 606,2 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 11 milyard 889,5 milyon dollar, idxalın dəyəri 7 milyard 716,7 milyon dollar təşkil etmiş, nəticədə 4 milyard 172,8 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır.

Ticarət dövriyyəsinin 36,8 faizi Avropa İttifaqı ölkələrinin, 12,5 faizi MDB üzvü olan dövlətlərin, 50,7 faizi isə dünyanın digər ölkələrinin payına düşmüşdür.

İxracın dəyərinin 17,1 faizi İtaliyaya, 12,7 faizi Türkiyəyə, 8,4 faizi Tayvana (Çinin əyaləti), 7 faizi Almaniyaya, 6,9 faizi İsrailə, 5,2 faizi Fransaya, 4,8 faizi Hindistana, 4,4 faizi Rusiyaya, 3,7 faizi Gürcüstana, 2,8 faizi Xorvatiyaya, qalan 27 faizi isə digər ölkələrə göndərilmiş məhsullar əsasında formalaşmışdır.

İdxal olunmuş məhsulların dəyərinin 17,8 faizi Rusiyanın, 13,8 faizi Türkiyənin, 8,2 faizi Çinin, 6,1 faizi Birləşmiş Krallığın, 5,6 faizi ABŞ-ın, 4,7 faizi Almaniyanın, 3,9 faizi İtaliyanın, hər biri 3,5 faiz olmaqla Norveç və Yaponiyanın, 3,4 faizi Ukraynanın, 2,6 faizi Sinqapurun, 26,9 faizi isə digər ölkələrin payına düşmüşdür.

2016-cı ilin yanvar-noyabr aylarında 1 milyard 117,7 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilmişdir ki, bu da 2015-ci ilin eyni dövrünə nisbətən real ifadədə 17,8 faiz azdır.

  2016-cı ilin yanvar-noyabr aylarında 2015-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 25,9 faiz, təzə tərəvəz – 49,1 faiz, kartof – 4,3 faiz, qara metallardan borular – 5 dəfə, pambıq  ipliyi – 15,3 faiz artmış, şəkər ixracı isə 46,9 faiz, bitki yağları – 59,9 faiz, çay – 72,3 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 89,8 faiz, polietilen – 3,2 faiz, emal olunmamış alüminium – 23,4 faiz azalmışdır.

2015-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 2016-cı ilin yanvar-noyabr aylarında buğda idxalı 15,3 faiz, xam şəkər və şəkər – 34,8 faiz, bitki yağları – 21 faiz, təzə meyvə – 17,2 faiz, kərə yağı, digər süd yağları və pastaları – 9,2 faiz, çay – 81,3 faiz, kartof – 48,4 faiz, quş əti və onun əlavə məhsulları – 3,8 dəfə, təzə tərəvəz – 82,1 faiz, mal əti – 0,1 faiz, mebel – 21 faiz, hesablama maşınları, blok və qurğuları – 3,2 dəfə, mineral gübrələr – 7,5 faiz, rezin şinlər – 38,4 faiz, məişət kondisionerləri – 5,3 dəfə artmış, minik avtomobillərinin idxalı isə 81,6 faiz, qara metallardan borular – 51,3 faiz, polad prokatı – 0,6 faiz, qara metallardan çubuqlar – 61,3 faiz, polietilen – 23,4 faiz, qara metallardan künclüklər – 36,8 faiz, sement və sement klinkerləri – 15,3 faiz azalmışdır.

Samirə Əliyeva,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında