Elektrik enerjisinin dayanıqlılığı artırılır

Ölkəmizin bütün elektrik stansiyalarında, eləcə də yarımstansiyalarda və elektrik ötürücü xətlərində payız-qış mövsümünə hazırlıqla bağlı təmir işləri nəzərdə tutulmuş tədbirlər planına uyğun davam etdirilir.
"Qusar", "Xaçmaz", "Quba", "Siyəzən" və "Şabran" şəbəkə rayonlarını əlaqələndirən "Xaçmaz Regional Elektrik Şəbəkəsi"nin balansına aid olan enerji obyektlərində son aylarda sistem əhəmiyyətli xeyli tədbir həyata keçirilmiş və bu işlər hazırda da davam etdirilir. Bu da elektrik enerjisinin keyfiyyətli şəkildə paylanmasına, elektrik verilişi xətlərində texnoloji itkilərin azaldılmasına və istehlakçıların enerjiyə olan tələbatının tam ödənilməsinə imkan yaradır.
"Azərenerji" ASC-nin mətbuat xidmətinin məlumatına görə, 110 kilovoltluq "Xudat" yarımstansiyasında 10 meqavat-amperlik transformatorun təmirə çıxarılması ilə əlaqədar yükün bərabər paylanması və avadanlıqların ifrat yüklənməsinin qarşısının alınması məqsədilə 1 saylı 6,3 meqavat-amperlik transformator 16 meqavat-amperlə əvəz olunmuşdur. 110 kilovoltluq "Xaçmaz" yarımstansiyasında da müxtəlif təyinatlı təmir işləri aparılmışdır.
Ötən müddətdə 330 kilovoltluq "Dərbənd" hava elektrik verilişi xəttinin 7,5 kilometrlik hissəsində təmir işləri aparılmış və izolyatorlar dəyişdirilmişdir. Eyni zamanda, 10 və 0,4 kilovoltluq xətlərin 12,4 kilometri dəyişdirilmişdir. Bundan əlavə, 45 ədəd elektrik dirəyi və 750-yə yaxın izolyator dəyişdirilmiş və avadanlıqlara yağ əlavə edilmişdir.
İlin əvvəlindən "Şabran" şəbəkə rayonunun xidməti ərazisində də lazımi təmir və yenidənqurma işləri həyata keçirilmişdir. Belə ki, 35 kilovoltluq "Pirəbədil" yarımstansiyasında bir ədəd 10 kilovatlıq yuva quraşdırılmışdır. Eyni zamanda, xüsusi sərfiyyat transformatorunun yuvasına 40 kilovat-amper gücündə transformator quraşdırılmış və bir ədəd 100 kilovat-amper transformator 160 kilovat-amperlə əvəzlənmişdir. 110 kilovoltluq "Şabran" yarımstansiyasında isə 35 kilovoltluq "Zeyvə" hava xəttinin yağ açarında tənzimləmə işləri aparılmışdır.
Bundan əlavə, qış mövsümündə dayanıqlılığın daha da artırılması məqsədilə 10, 6 və 0,4 kilovotluq şəbəkələrdə də əsaslı və cari təmir işləri aparılmış, istismara yararsız naqillər yeniləri ilə əvəz edilmişdir. Nəticədə 530 metrə yaxın naqil və 26 ədəd elektrik dirəyi dəyişdirilmişdir. Eyni zamanda, 70-dən artıq izolyator yenisi ilə əvəz olunmuşdur.
Yeri gəlmişkən, rayonların enerji təchizatının daha da dayanıqlı təmin edilməsi istiqamətində görülən işlər davam etdirilir. Hazırki iqlim şəraitini nəzərə alaraq və yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə yarımstansiyaların ərazisi quru otlardan təmizlənir, yağ tutumlu avadanlıqlarda yağın səviyyəsi, girişlərdə təzyiqlərin norma həddində saxlanması təmin edilir. Bununla yanaşı, TM və KTM-lərin ərazisi də quru otlardan təmizlənmiş, yanğınsöndürmə postları yoxlanılmış və komplektləşdirilmişdir, yağ tutumlu avadanlıqların alt hissəsindəki yağlı çınqıl qatı yenisi ilə əvəz edilmişdir.

{nl}

M.YAQUBZADƏ, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında