Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti ATƏT-in Bakı ofisi ilə birgə növbəti seminar keçirir

Mərkəzi Bank və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti ATƏT-in Bakı ofisi ilə birgə "Maliyyə monitorinqi orqanlarının fəaliyyətinə dair beynəlxalq təcrübə" mövzusunda treninq-seminar təşkil etmişdir.
Seminar ATƏT-in dəstəyi ilə Böyük Britaniyadan və İsveçrədən dəvət olunmuş mütəxəssislər tərəfindən bankın və Maliyyə Monitorinqi Xidmətinin əməkdaşları üçün keçirilir.
Seminarın məqsədi mütəxəssislərin pulların yuyulmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qabaqcıl dünya təcrübəsi ilə tanış olmalarını təmin etmək, onların bu sahədə praktiki bilik və bacarıqlarının yüksəldilməsinə dəstək verməkdir. İkigünlük seminarda beynəlxalq ekspert tərəfindən edilən təqdimatlar pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə sahəsində qlobal tendensiyalar, pulların yuyulması risklərinin idarə edilməsində bank sektorunun rolu, şübhəli əməliyyatlara dair hesabatların təhlili, hüquq-mühafizə orqanları ilə əməkdaşlıq, pulların yuyulması tendensiyaları ilə bağlı tipologiya hesabatları və digər bu kimi praktiki mövzuları əhatə etmişdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında