“Bulla-dəniz” yatağında yeni qazyığma məntəqəsi inşa edilir

Son zamanlar Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Xəzərin Azərbaycan sektorunda işlədiyi yataqlarda hasilatın səmərəliliyinin artırılması, neft və qaz hasilatının sabit saxlanması istiqamətində mühüm  tədbirlər həyata keçirir. Bu məqsədlə əməyin mühafizəsinin və təhlükəsiz iş şəraitinin təmin edilməsi üçün yeni hidrotexniki qurğular, sosial obyektlər tikilir, mövcud infrastruktur əsaslı şəkildə təmir olunur.

Bundan əlavə, estakadalarda, eləcə də qurudakı mədənlərdə yol infrastrukturunun yaxşılaşdırılması işləri prioritet istiqamət kimi daim diqqət mərkəzində saxlanılır. SOCAR-ın ­“Azneft” İstehsalat Birliyinin strukturuna daxil olan idarələrdə qaz-kompressor təsərrüfatının təkmilləşdirilməsi, qurğu və avadanlıqların ahəngdar işinin təmin edilməsi ilə bağlı görülən işlər də bu baxımdan diqqət çəkir.

“Neftqaztikinti” Tresti “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Bulla-dəniz” yatağındakı 2a saylı qazyığma məntəqəsinin inşasını uğurla davam etdirir. Xatırladaq ki, adıçəkilən yataqda hasil olunan karbohidrogenlərin yığılaraq sahilə nəql olunması məqsədilə inşa edilən məntəqə ayrıca özül üzərində quraşdırılacaq. Hazırda tikintisi davam etdirilən özülün ümumi sahəsi 1900 kvadratmetrdir. İstehsalat, qaz-atqı avadanlığı yerləşən və məişət sahələrindən ibarət özül dənizin 21 metr dərinliyində yerləşir. Artıq 6 dayaq bloku, 4 aralıq seksiyası, 2 piyada körpüsü, 7 minik və yanalma meydançası hazırlanaraq quraşdırılmış, 36 dayaq svay vurulmuş, blokların bir-birilə bərkidilməsi üçün suüstü əlaqələr quraşdırılmışdır. Metalkonstruksiyaların qaynaq-bərkidilməsi, eləcə də konsol, məhəccər və döşəmənin quraşdırılması işləri tamamlanmaq üzrədir.

“Bulla-dəniz” yatağında yerləşən özüllərdən hasil olunan neftin, qazın və kondensatın 2a saylı qazyığma məntəqəsinə, oradan da sahilə nəql olunması məqsədilə 22,174 kilometr uzunluğunda müxtəlif diametrli texnoloji sualtı boru kəmərlərinin çəkilməsi, eləcə də 8 kilometrlik qaz və maye xətlərinin yerinin dəyişdirilməsi işləri də həyata keçiriləcəkdir. Xatırladaq ki, obyekt istismara verildikdən sonra “Bulla-dəniz” yatağında hasil olunan 6,9 milyon kubmetr qazın, eləcə də 1350 ton neft və kondensatın yığılaraq sahilə nəqli təmin ediləcək.

Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında