2016-cı ildə nəzərdə tutulan layihələr uğurla icra edilib

Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səslənən fikirlər deməyə əsas verir ki, dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətin ali məqsədi Azərbaycanın hər bir vətəndaşı üçün firavan həyat tərzinin təmin olunması, ölkədə azad və demokratik cəmiyyətin qurulmasıdır.

Bu proseslərdə Azərbaycan Prezidentinə ən böyük dəstək xalqdan gəlir. Ötən müddətdə qəbul etdiyi qərarlar, imzaladığı sərəncamlar cənab İlham Əliyevin daim xalqın mənafeyini düşündüyünü, verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini göstərib.  

Dövlət başçısı hər bir mərhələ üçün qarşıda duran əsas vəzifələri müəyyənləşdirərək islahatların sistemli və ardıcıl şəkildə, təkamül yolu ilə gerçəkləşdirilməsinə çalışıb. Respublikanın investisiya və sosialyönümlü mahiyyət daşıyan milli inkişaf modeli tərəqqi prosesində yeni keyfiyyət göstəricilərinin əldə olunması, qeyri-neft sektorunun inkişafı yolu ilə regionların davamlı inkişafının sürətləndirilməsi, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin açılması üçün milli sahibkarlığın hərtərəfli dəstəklənməsi kimi vacib məsələləri özündə ehtiva edib. Bütün bunlar barədə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ətraflı bəhs edilib. Prezident İlham Əliyev çıxışında iqtisadi sahədə 2016-cı ildə də önəmli addımlar atıldığını bildirib. Dövlət başçısı ötən ilin dərin iqtisadi islahatlar ili kimi tarixdə qalacağını xatırladıb: “Bu il ərzində qəbul edilmiş qərarlar, qanunlar, mənim tərəfimdən imzalanmış sərəncamlar iqtisadi islahatları daha da dərinləşdirir və bizə imkan verir ki, gələcəkdə qeyri-neft sektorunun hesabına inkişaf edək. Qəbul edilmiş qərarlar artıq öz nəticəsini verməkdədir. Əminəm ki, bu nəticələr bu il və bundan sonrakı illərdə daha da qabarıq şəkildə özünü göstərəcək”.

Prezident İlham Əliyev nitqində qeyri-neft sənayesinin 5 faiz, kənd təsərrüfatının  isə 2,6 faiz artmasını diqqətə çatdıraraq, bildirib ki, bu mühüm göstəricilər uzun illər ərzində aparılan siyasətin, başqa sözlə, qeyri-neft sektorunun inkişafına göstərilən qayğının məntiqi nəticəsidir: “Bax, bu iki rəqəm deməyə əsas verir ki, biz bu çətin və böhranlı şəraitdən şərəflə çıxa bildik və artıq görülmüş işlər və bu il görüləcək işlər bu dinamikanı daha da gücləndirəcək. İqtisadiyyat dayanıqlı şəkildə inkişaf edəcək, qeyri-neft sektorumuz inkişaf edəcək, yeni iş yerlərinin yaradılması təmin ediləcək və əminəm ki, biz dediyim bütün hədəflərə çatacağıq.

Dövlət başçısı qeyd edib ki, əlbəttə, böhrandan çıxmaq üçün ən asan yol valyuta ehtiyatlarını xərcləməkdir və bu, bəzi ölkələrdə nəzərə çarpır. Ancaq biz gələcəyi düşünərək, uzunmüddətli strategiyamızı qururuq, valyuta ehtiyatlarını  qoruyuruq, ölkə üçün lazım olan infrastruktur, sosial layihələrə yönəldirik. 

Bütün bunlar onu göstərir ki, Azərbaycan daim irəliyə baxan və böyük hədəflərə çatmağı qarşıya məqsəd qoyan dövlət olduğundan inkişaf tempini davamlı şəkildə artırır. Respublikamızda keçən il ərzində sosial-iqtisadi layihələrin bütünlüklə həyata keçirilməsi ölkəmizin beynəlxalq aləmdə nüfuzunu daha da gücləndirib. Hesabat dövründə əldə olunan müsbət nəticələrin doğurduğu nikbinliyin bundan sonra da davam edəcəyinə xalqımızda böyük inam var.

Azər VERDİYEV,
Azərbaycan Slavyan Gəncləri Assosiasiyası
Analitik Təhlil Mərkəzinin rəhbəri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında