Müdafiə Sənayesi Nazirliyinin yaradılmasının beşinci ildönümü ilə əlaqədar təntənəli mərasim keçirilmişdir

Dekabrın 17-də Müdafiə Sənayesi Nazirliyinin (MSN) yaradılmasının beşinci ildönümü ilə əlaqədar təntənəli mərasim keçirilmişdir.
İştirakçılar tədbirin keçirildiyi "Radioquraşdırma" zavodunun həyətində ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış büstü ziyarət etmiş, önünə gül dəstələri düzmüşlər.
Azərbaycanın dövlət himni səsləndikdən sonra Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə orden və medallara layiq görülmüş Müdafiə Sənayesi Nazirliyinin bir qrup əməkdaşı təltif edilmişdir.
Mərasimdə çıxış edən nazir Yavər Camalov nazirliyin fəaliyyəti barədə ətraflı məlumat vermişdir. O qeyd etmişdir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın müdafiə sənayesinin inkişaf tarixi respublikamızın öz dövlət müstəqilliyini bərpa etdikdən sonrakı dövrə təsadüf edir. Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən 2005-ci ildə müdafiə, radioelektronika, cihazqayırma sənayelərində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi yaradılmışdır. Prezident İlham Əliyev MSN-nin işçilərinin peşə bayramının təsis edilməsi haqqında müvafiq sərəncam imzalamışdır.
Yavər Camalov demişdir ki, dövlətimizin başçısının müvafiq sərəncamı ilə nazirliyin bir qrup əməkdaşı dövlət mükafatlarına layiq görülmüşdür. Bütün bunlar dövlətin nazirliyin işçilərinə göstərdiyi diqqət və qayğının təzahürüdür. Yarandığı 2005-ci ildən nazirlik bir sıra uğurlara imza atmışdır. Dövlətimizin başçısının diqqət və qayğısı nəticəsində ötən dövrdə nazirliyin bir sıra müəssisələri yenidən qurulmuş, müasir avadanlıqla təchiz edilərək istifadəyə verilmişdir. Yaxın vaxtlarda daha 8 yeni müəssisə istifadəyə veriləcəkdir. Azərbaycan istehsalı olan müdafiə təyinatlı məmulatlara xarici ölkələrdə böyük maraq göstərilir.
Nazirliyin yaradılmasından ötən 5 ildə əldə edilmiş uğurlardan və qarşıda duran vəzifələrdən danışan nazir bildirmişdir ki, ötən müddətdə xarici ölkələrlə hərbi-texniki əməkdaşlıq sahəsində də mühüm işlər görülmüşdür. Bu gün Müdafiə Sənayesi Nazirliyi aviasiya, naviqasiya, cihazqayırma və digər istiqamətlər üzrə dünyanın inkişaf etmiş bir çox dövlətinin firma və şirkəti ilə sıx əməkdaşlıq edir.
Bildirilmişdir ki, nazirliyin müəssisələrində yaradılan yeni istehsalat sahələri Azərbaycan Silahlı Qüvvələrini müasir tələblərə cavab verən müdafiə təyinatlı məmulatlarla təmin etmək üçün var gücü ilə çalışır. Görülmüş işlər nəticəsində 2010-cu ildə müdafiə təyinatlı məmulatların istehsal həcmi 2006-cı illə müqayisədə 115 dəfədən çox artmışdır. 2007-ci ilə nisbətən 2010-cu ildə Dövlət Müdafiə Sifarişi Proqramı əsasında yaradılmış mövzuların sayı 5,3 dəfə, başa çatdırılmış mərhələrin sayı isə 9,4 dəfə artmışdır. 2010-cu ildə Dövlət Müdafiə Sifarişi Proqramından yaradılması nəzərdə tutulan 21 mövzu üzrə 103 mərhələnin yerinə yetirilməsi gözlənilir.
Digər çıxış edənlər də Müdafiə Sənayesi Nazirliyinin ölkədə gördüyü işləri yüksək qiymətləndirmişdir.
Tədbirdə nazirliyin bir qrup əməkdaşına "Qabaqcıl müdafiə sənayesi işçisi" nişanı, Fəxri Fərman, pul və qiymətli hədiyyələr təqdim olunmuşdur.
Sonda nazirliyin kollektivi adından Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında