Azərbaycan vətəndaşının sosial rifahı Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir

Bu il noyabrın 28-də  Tarif Şurasının qərarı ilə ölkədə qazın və elektrik enerjisinin qiymətləri artırılmışdı.

SOCAR tərəfindən təbii qaz təchizatının və bu sahədə xidmətin keyfiyyətinin yaxşılaşdırılması, eləcə də istehsal və paylayıcı şəbəkə üzrə mövcud maliyyə çatışmazlığının azaldılması və perspektiv inkişafın təmin olunması əsas gətirilərək Tarif Şurasına müraciət edilmiş, vahid pərakəndə satış tarifinin bütün istehlakçılar üçün 1000 kubmetr üçün 180 manat səviyyəsində müəyyənləşdirilməsi təklif edilmişdi. Ancaq Tarif Şurası tərəfindən ölkədə aparılan sosial siyasət əsas götürülərək, əhalinin aztəminatlı təbəqələrinə tarif dəyişikliklərinin təsirinin minimuma endirilməsi məqsədilə diferensial tariflərin tətbiqi, eyni zamanda optimal tariflərin müəyyənləşdirilməsi məqsədəuyğun hesab edilmişdi: təbii qaz üzrə illik 1500 kubmetrə qədər istehlak edən əhali abonentlər üçün tarif dəyişikliyi həyata keçirilməmiş, mövcud səviyyədə saxlanılmışdı. Yəni, bir kubmetr üçün 10 qəpik səviyyəsində. İllik 1500 kubmetrdən artıq istehlak edən abonentlər üçün isə 1500 kubmetrdən yuxarı hissə üçün bir kubmetrə görə 20 qəpik səviyyəsində tarif müəyyənləşdirilmişdi.

Təbii qaz tariflərinin dəyişdirilməsi elektrik enerjisi üzrə tariflərə də yenidən baxılmasını zəruri etmiş, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün qiymət dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılmış, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilmişdi. Əlbəttə, Tarif Şurasının bu qərarından sonra ailə büdcəmizdə müəyyən gərginlik yaranacağı qaçılmaz idi. Düşünürdüm ki, qış aylarında kombi işlətməkdə böyük çətinliklə qarşılaşacağam.

Amma bu dəfə də hörmətli Prezidentimiz İlham Əliyev bizə öz kömək əlini uzatdı. Bu günlərdə Azərbaycan Prezidenti özünün sosialyönümlü siyasətini davam etdirərək Tarif Şurasına 28 noyabr tarixli qərarına yenidən baxmağı tapşırdı. Nəticədə şura əhalinin sosial müdafiəsini daha da gücləndirmək, güzəştin şamil edildiyi əhali istehlakçılarının əhatə dairəsini genişləndirmək məqsədilə əhali üçün tarifi dəyişməyən təbii qaz üçün təsdiqlənmiş illik istehlak həcmini 1500 kubmetrdən 1700 kubmetrə, aylıq elektrik istehlakının həcmini isə 250 kilovat-saatdan 300 kilovat-saata qaldırdı.

Cənab Prezidentin bu göstərişini dövlətimizin əhaliyə növbəti böyük diqqəti və qayğısı kimi qiymətləndiririk. Biz, Azərbaycan vətəndaşları, bilirik ki, əhalinin sosial rifahı Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. İnanırıq ki, dövlət başçısının bu qərarı bütün ictimaiyyət tərəfindən alqışlanacaq. Mən də növbəti dəfə xalqa tərəf daha bir cəsarətli addım atdığına görə cənab Prezidentə ailəm adından minnətdarlığımı bildirirəm.

Yasir HÜSEYNOV,
Ağcabədi rayonu,
Hindarx kəndi 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında