On bir ayda 54 milyard 433 milyon manatlıq ÜDM istehsal olunmuşdur

2016-cı ilin yanvar-noyabr aylarında ölkə rezidentləri tərəfindən 54 milyard 433,1 milyon manatlıq və ya əhalinin hər nəfərinə 5649,9 manat dəyərində ümumi daxili məhsul istehsal edilmişdir.

Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilir ki, ümumi daxili məhsulun 66 faizi iqtisadiyyatın qeyri-neft sahələrində, 34 faizi isə neft-qaz sektorunda istehsal edilmişdir.

Bu dövrdə informasiya və rabitə sahələrində əlavə dəyər istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,4 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 2,3 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrində 1,7 faiz, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 0,6 faiz, sənayedə  0,3 faiz artmış, tikintidə 27,9 faiz, nəqliyyat və anbar təsərrüfatı sahələrində 1 faiz, iqtisadiyyatın digər sahələrində isə 2,6 faiz azalmışdır.

Tikinti sektorunda istehsalın azalması cari ilin yanvar-noyabrında ümumi daxili məhsulun əvvəlki ilin eyni dövrünə nisbətən 3,9 faiz azalmasına təsir edən əsas amil olmuşdur.

Samirə Əliyeva,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında