Azərbaycan infrastruktur layihələrin həyata keçirilməsində Koreya Respublikasının şirkətləri ilə əməkdaşlığa hazırdır

Azərbaycan iri infrastruktur layihələrin həyata keçirilməsində Koreya Respublikası ilə əməkdaşlığa hazırdır.
AzərTAc Euronewsa istinadla xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Seula ikigünlük səfəri zamanı "Renhap" agentliyinə müsahibəsində səsləndirmişdir.
E.Məmmədyarov demişdir: "Azərbaycan təkcə enerji sektoruna deyil, həm də infrastruktur layihələrə, o cümlədən avtomagistralların, dəmir yollarının tikintisinə, informasiya texnologiyalarının inkişafına, habelə aqrar sahəyə irimiqyaslı sərmayələr yatırmağı planlaşdırır".
Nazir demişdir: "Biz Koreyanın iri konsernləri ilə yanaşı, kiçik və orta şirkətləri ilə də əməkdaşlığa hazırıq".
Nazir həmçinin, ticari-iqtisadi tərəfdaşlıq məsələlərinə dair Bakı-Seul dialoqunun səviyyəsini yüksəltməyi təklif etmişdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında