“Ağ şəhər”də müasir yol infrastrukturu yaradılır

Paytaxt Bakının simasına əlavə yaraşıq gətirən “Ağ şəhər”  layihəsi uğurla reallaşdırılır. Müasir şəhərsalmanın bütün detallarını özündə birləşdirən “Ağ şəhər”də bir-birindən yaraşıqlı, nadir memarlıq inciləri olan binaların inşası ilə yanaşı, yeni yol infrastrukturu da yaradılır.

“Azəravtoyol” ASC-dən verilən məlumata görə, “Ağ şəhər” layihəsi  çərçivəsində “Yaşıl ada” və “Villa zonası” adlanan ərazilərdə ümumi uzunluğu 3 kilometrə yaxın əsas və kəsişən bir-neçə küçədə tikinti işləri yekunlaşmaq üzrədir. Bura Xəqani Rüstəmov küçəsinin 520 metrlik, 1-ci Yaşıl ada küçəsinin 420 metrlik, 2-ci Yaşıl ada küçəsinin 450 metrlik  hissələri, eləcə də sözügedən küçələrlə kəsişən və hər birinin uzunluğu 113 metr olan 4 kiçik küçə daxildir. Ötən müddətdə tikinti işləri çərçivəsində həmin küçələrdə köhnə yararsız qrunt 2 metrə yaxın dərinlikdə qazılaraq çıxarılıb, əvəzində karbonat materialı tökülərək kipləşdirilib və yeni yol yatağı inşa olunub. Bununla yanaşı, zəruri olan bütün yeraltı kommunikasiya xətləri çəkilib.

 Daha sonra qum-çınqıl və optimal qırmadaş qarışığından ibarət yol əsasının inşası işləri aparılıb. Hazırda həmin küçələrdə asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. Yol infrastrukturu ilə bağlı həyata keçirilən layihə çərçivəsində küçələrdə 20 min kvadratmetr piyada səkisi və yolayrıcı inşa olunub, hazırda tamet daşları döşənir. Səki və yolayrıcının kənarlarına, ümumilikdə, 15 min paqonometr qranit-mərmər daşı düzülüb. Bundan əlavə, yolların kənarlarında  300-ə yaxın çinar və zeytun əkilib.

Küçələrdə müasir işıqlandırma sisteminin qurulması üçün 500 dirək quraşdırılır.  Eyni zamanda, şəhərsalma prinsiplərinə uyğun olaraq səkilərdə fiziki qüsurlu vətəndaşların rahat hərəkəti üçün səsli işıqforlar, səkiyə qalxıb-enmək üçün enişli-yoxuşlu ramplar qoyulacaq. Layihə çərçivəsində avtomaşınların rahat parklaması üçün xüsusi parking yerlərinin yaradılması da nəzərdə tutulub.

Hazırda Xəqani Rüstəmov küçəsi ilə Nobel prospektinin kəsişməsində layihələndirilən yeraltı piyada keçidində də işlər tamamlanmaq üzrədir. Burada 220 metr uzunluğunda qalereyanın tam tikintisi  yekunlaşıb, hazırda  mərmər-qranitdən istifadə edilməklə tavanın üzlənməsi işləri aparılır.  Bundan başqa, keçidə  çöl şəraiti üçün hesablanmış 8  eskalator gətirilərək quraşdırılıb. Layihə çərçivəsində, həmçinin Xəqani Rüstəmov küçəsinin Nobel prospekti və Süleyman Vəzirov küçəsinin kəsişməsində iki yeni yeraltı piyada keçidinin tikintisi də nəzərdə tutulub.

Mirbağır YAQUBZADƏ,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında