Ümumi Daxili Məhsul istehsalı 5,4 faiz artmışdır

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi bildirir ki, 2010-cu ilin birinci rübündə ölkədə istehsal edilmiş ümumi daxili məhsulun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,4 faiz artaraq 9,6 milyard manata çatmışdır.
İstehsal sahələrinin ümumi daxili məhsulda xüsusi çəkisi keçən ilki 56,5 faizdən 68,1 faizədək yüksəlmiş, xidmət sahələrinin payı isə müvafiq olaraq 34,1 faizdən 25,7 faizədək azalmışdır. Məhsula və idxala xalis vergilər ÜDM-in 6,2 faizini təşkil etmişdir.
Ümumi daxili məhsul istehsalının 59,5 faizi sənayenin, 1,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın, 6,8 faizi tikintinin, 6,7 faizi topdan və pərakəndə ticarət, avtomobillərin və motosikletlərin təmiri üzrə xidmətlərin, 6,9 faizi nəqliyyat və anbar təsərrüfatının, 1,1 faizi mehmanxana və iaşə xidmətlərinin, 1,7 faizi informasiya və rabitə xidmətlərinin, 9,3 faizi sosial və digər xidmət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatların payına düşmüşdür.
Ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi 1074,5 manat və ya 1337,6 ABŞ dolları təşkil etmişdir.

{nl}

T.ƏLİYEV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında