Elektrik enerjisi haqlarının ödəniş səviyyəsi artır

Hazırda Azərbaycanda kifayət qədər elektrik enerjisi istehsal olunur. Bu da əhalinin və iqtisadiyyatın elektrik enerjisi ilə dayanıqlı surətdə təminatının ildən-ilə yaxşılaşdırılmasına imkan yaradır. İndi yerli elektrik şəbəkələri tərəfindən istehlakçıların enerji ilə təminatı üçün bütün zəruri tədbirlər həyata keçirilir, paylayıcı şəbəkələrdə təmir-bərpa işləri vaxtlı-vaxtında görülür.
"Azərenerji" ASC-nin mətbuat xidmətinin məlumatına görə, cari ilin noyabr ayında Mingəçevir elektrik şəbəkəsinin xidməti ərazilərində istehlakçılara 10,1 milyon kilovat-saata yaxın elektrik enerjisi ötürülmüşdür. Ay ərzində istehlak edilən enerji haqlarının yığım səviyyəsi isə 100 faizə yaxın olmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7,4 faiz artım deməkdir. Bütövlükdə isə 2010-cu ilin 11 ayı ərzində adı çəkilən şəbəkənin xidməti ərazilərində 104,3 milyon kilovat-saata yaxın elektrik enerjisi istehlak olunmuşdur. Burada ümumi ödəniş 98 faizdən artıq olmuşdur. Bu isə əvvəlki ilin müvafiq dövrünün səviyyəsindən 4,2 faiz çoxdur.
Ötən ay Göyçay elektrik şəbəkəsi tərəfindən isə istehlakçılara 6,4 milyon kilovat-saatdan artıq elektrik enerjisi verilmiş, burada ümumi ödəniş 97 faizə yaxın olmuşdur. Müəssisə üzrə ilin on bir ayı ərzində istehlakçılara 65,1 milyon kilovat-saata yaxın elektrik enerjisi ötürülmüş, ümumi ödəniş 95,5 faiz təşkil etmişdir. Bütövlükdə isə hesabat dövründə şəbəkənin xidməti ərazilərində istehlak edilmiş elektrik enerjisinin və yığımın səviyyəsi ötən ilin on bir ayı ilə müqayisədə müvafiq olaraq 57,3 milyon kilovat-saata yaxın və 9,1 faiz çoxdur.
Ağsu elektrik şəbəkəsi üzrə isə ötən ay 2,6 milyon kilovatt-saatdan artıq elektrik enerjisi istehlak edilmiş, yığımın səviyyəsi 91 faizi ötmüşdür. Adı çəkilən şəkəbə tərəfindən cari ilin on bir ayı ərzində istehlakçılara 29,3 milyon kilovat-saata yaxın elektrik enerjisi ötürülmüş, sərf edilmiş enerjinin dəyəri 88 faiz ödənilmişdir. 2009-cu ilin on bir ayı ilə müqayisədə əhali istehlakçı qrupu üzrə ödənişdə 3,3 faizlik artım qeydə alınmışdır.
Hazırda paylayıcı elektrik şəbəkələri tərəfindən istehlakçıların elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması və yığımın maksimum səviyyəyə çatdırılması istiqamətində işlər davam etdirilir.

{nl}

M.YAQUBZADƏ, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında