Dövlət Material Ehtiyatları Agentliyinin Dövlət Taxıl Fondu üzrə İdarəsinin Səngəçal taxıl elevatoru istifadəyə verilmişdir

Dekabrın 14-də Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyinin Dövlət Taxıl Fondu üzrə İdarəsinin Səngəçal taxıl elevatoru istifadəyə verilmişdir.
Bu münasibətlə keçirilən tədbirdə fövqəladə hallar naziri Kəmaləddin Heydərov, iqtisadi inkişaf naziri Şahin Mustafayev və kənd təsərrüfatı naziri İsmət Abasov iştirak etmişlər.
Məlumat verilmişdir ki, elevator hər birinin tutumu 10 min ton təşkil edən 10 saxlama çənindən ibarətdir. Burada taxılın saxlanılması və mühafizə edilməsi üçün lazımi şərait yaradılmışdır. Səngəçal taxıl elevatorunun normal iş rejimini təmin etmək üçün əraziyə dəmir yolu xətti və asfalt yol çəkilmişdir. Tədbir iştirakçıları elevatorun iş rejimi ilə tanış olmuşlar.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov jurnalistlərə bildirmişdir ki, Dövlət Taxıl Fondunun Səngəçal elevatorunun tikintisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bütün sahələrdə olduğu kimi, ərzaq təhlükəsizliyi sahəsində də verdiyi müdrik tapşırıq və göstərişləri əsasında reallaşdırılmışdır. Nazirin sözlərinə görə, istifadəyə verilən elevator ölkənin taxıl təminatında mühüm rol oynayacaqdır.
K.Heydərov demişdir ki, Naxçıvan Muxtar Respublikasında da 30 min ton tutumu olan elevator istifadəyə verilmişdir. Gəncədə tikilən 60 min tonluq elevatorun tikintisi bir aydan sonra başa çatacaqdır. Bundan başqa, tutumu 100 min ton olan elevatorun tikintisi də nəzərdə tutulmuşdur. Hazırda həmin anbarın yerinin dəqiqləşdirilməsi ilə bağlı işlər aparılır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında