Elman Nəsirov: Tarif Şurasının qərarı sadə vətəndaşlara təsir göstərməyəcək

Xəbər verildiyi kimi, bu il noyabrın 28-də Tarif (qiymət) Şurasının iclasında  elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi 5,7 qəpik təsdiq edilib. Pərakəndə satış tarifi isə sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək, mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.

Eləcə də təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək, bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb. İllik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.

Ölkəmizdə çaşqınlıq yaratmaq və sanki  pusquda dayanıb, belə məqamlardan istifadə edərək ara qarışdırmaq istəyən bəzi xəyanətkarlar bu dəfə də aldıqları çirkli pullara görə xarici ağalarının sifarişlərini yerinə yetirməyə başlayıblar. Onlar bu artımın imkansız ailələrə ciddi zərbə vuracağı barədə yalan məlumatlar yayırlar.

Tarif Şurasının bu qərarına münasibət bildirmək üçün  Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirova müraciət etdik. O dedi:

– Ötən illərə nəzər salsaq, bir daha aydın olar ki, Azərbaycanda sosial xidmətlərə görə tariflərdə radikal artıma yol verilməyib. Bu sahədə həyata keçirilən siyasət maksimal şəkildə vətəndaşların sosial durumu ilə uzlaşdırılmışdır. Bu dəfə də Azərbaycan hökumətinin sosial xidmətlərə görə tarif siyasəti əhalinin potensial imkanları nəzərə alınmaqla, vətəndaşların və dövlətin maraqlarının müdafiəsi prinsipi üzərində qurulub. Təbii qaz tariflərinin dəyişdirilməsi elektrik enerjisi üzrə tariflərə də yenidən baxılması zərurətini yaradıb. Ancaq bu diferensiallaşdırma elektrik enerjisindən və qazdan adi qaydada istifadə edən sadə vətəndaşlara təsir göstərməyəcək. Tarif Şurası bu qərarı qəbul etməzdən əvvəl təhlilləri nəzərə alaraq, müəyyən araşdırmalar aparıb və bundan sonra belə bir addım atılıb. Bildiyimiz kimi, 2016-cı il bütün dünya, həmçinin Azərbaycan üçün çox mürəkkəb illərdən biridir. Neftin qiymətinin azalması ilə bağlı iqtisadi çətinliklər yaranır. Biz dünyanın tərkib hissəsiyik, ondan təcrid oluna bilmərik. Bu məsələ istehlakçıların vəziyyətinə təsirsiz qalmır. Eyni zamanda, reallıqlar da var. Hesab edirəm ki,  bu qərar istehlakçıların hüquqlarının müdafiəsinə xidmət edir və bu addım zəruridir.

Burada  ciddi qiymət artımından söhbət gedə bilməz. Çünki sənaye müəssisələri üçün elektrik enerjisinin tarifləri daha aşağı səviyyədə müəyyən olunub. Bu da ölkədə qiymət artımına yol verməmək məqsədi daşıyır. Bununla yanaşı, tarif dəyişiklikliyinin əhalinin sosial müdafiəyə ehtiyacı olan həssas təbəqələrinin istehlak xərclərinə dolayı təsirlərinin kompensasiyası məqsədilə dövlət büdcəsi hesabına tədbirlərin görülməsi nəzərdə tutulur.

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında