SOCAR neft və qazın maya dəyərini açıqlayıb

2015-ci ildə 1 ton neftin istehsal maya dəyəri 94,74 manat təşkil edib və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,11 manat və ya 3,4 faiz artıb.

“APA-Economics”in SOCAR-ın
2015-ci il üçün illik hesabatına istinadən verdiyi məlumata əsasən, neft məhsullarının maya dəyərinin 85-90 faizini xam neftin alınmasına çəkilən xərclər təşkil edir. Buna görə də neftin və qazın maya dəyərinin təhlili böyük əhəmiyyət kəsb edir. Maya dəyəri yalnız
SOCAR tərkibində olan neft-qazçıxarma idarələri üzrə araşdırılıb.

Şirkət üzrə neftin hasilatına çəkilən cəmi istehsal xərclərinin tərkibində material xərclərinin xüsusi çəkisi - 4,3 faiz, əmək haqqı xərcləri – 14,6 faiz, sosial ehtiyaclara ayırmalar – 2,9 faiz, amortizasiya ayırmaları – 17,5 faiz, təmir xərcləri 10,4 faiz, əsas vəsaitlərə texniki xidmət – 2,1 faiz, nəqliyyat xərcləri - 18,6 faiz, mədən vergisi - 10,7 faiz və s. təşkil edir.

2015-ci ildə 1000 kubmetr qazın faktiki istehsal maya dəyəri 39,74 manat təşkil edib ki, bu da keçən illə müqayisədə 2,55 manat və ya 6,8 faiz artıb. Şirkət üzrə qaz hasilatına çəkilən cəmi xərclərin tərkibində material xərclərinin xüsusi çəkisi -3,5 faiz, əmək haqqı xərcləri – 9,9 faiz, sosial sığorta ayırmaları –
2 faiz, amortizasiya ayırmaları– 31,1 faiz, təmir xərcləri - 9 faiz, əsas vəsaitlərə texniki xidmət – 1,8 faiz, nəqliyyat xərcləri – 17,2 faiz, mədən vergisi – 14,9 faiz və s. təşkil edir. Şirkət üzrə 1000 kubmetr əmtəəlik qazın maya dəyəri 2014-ci illə müqayisədə 2,55 manat
(6,8 faiz) artıb. Bununla əlaqədar olaraq, cədvəl üzrə əmtəəlik məhsul vahidinin maya dəyərinin (mədən vergisiz) göstəricisini müqayisə edək.

Hesabatda deyilir ki, SOCAR üzrə neftin və qazın maya dəyərləri artıb. Neftin maya dəyərinin artması keçən ilə nisbətən əsas vəsaitlərin amortizasiyası, nəqliyyat xərcləri, digər vergilər, digər xidmətlər və digər xərclərin artması hesabına baş verib. Belə ki, əsas vəsaitlərin amortizasiyası üzrə xərclər 19 milyon 888 min manat (19,4 faiz), əsas vəsaitlərə texniki xidmət xərcləri 333 min manat (2,3 faiz), nəqliyyat xərcləri 18 milyon 487 min manat (16,7 faiz), digər vergilər üzrə 6 milyon 047 min manat (20,6 faiz), digər xidmətlər 4 milyon 819 min manat (15,6 faiz) və digər xərclər üzrə - 12 milyon 326 min manat (49,1 faiz) artıb.

Qazın maya dəyərinin artması keçən ilə nisbətən əsas vəsaitlərin amortizasiyası, nəqliyyat xərcləri, mühafizə xərcləri, digər vergilər və digər xərclərin artması hesabına baş verib. Belə ki, əsas vəsaitlərin amortizasiyası üzrə xərclər 3 milyon 295 min manat (4,6 faiz), nəqliyyat xərcləri 1 milyon 280 min manat (3,2 faiz), mühafizə xərcləri 748 min manat (22 faiz), digər vergilər üzrə 1 milyon 642 min manat (20 faiz) və digər xərclər üzrə - 629 min manat (13,4 faiz) artıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında