Maliyyə Nazirliyində ulu öndər Heydər Əliyevin xatirəsini anma mərasimi keçirilmişdir

Dekabrın 10-da Maliyyə Nazirliyində ümummilli lider Heydər Əliyevin vəfatının yeddinci ildönümü ilə bağlı anma mərasimi keçirilmişdir.
Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, əvvəlcə Azərbaycan xalqının və dövlətçiliyinin tarixində müstəsna xidmətləri olmuş dahi şəxsiyyətin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Mərasimi giriş sözü ilə açan Maliyyə Nazirliyi Aparatının rəhbəri Namiq Süleymanov çıxışında ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, eləcə də onun xalq və dövlətçilik qarşısındakı xidmətlərindən danışmışdır. Bildirmişdir ki, Azərbaycan tarixinin taleyüklü hadisələrlə dolu otuz ildən artıq bir dövrü məhz ulu öndərin adı ilə bağlıdır. Bu dövrdə Heydər Əliyev ölkənin ictimai-siyasi, iqtisadi və mədəni, mənəvi tərəqqisinə nail olmuş, Azərbaycan dövlətini və xalqını ən çətin sınaqlardan çıxarmışdır. Bu tarixi şəxsiyyətin həyat fəaliyyəti bütünlüklə ölkəmizin və xalqımızın gələcəyinin təmin edilməsinə, dövlətçiliyimizin qorunmasına, müstəqilliyimizin möhkəmləndirilməsinə, Azərbaycanın siyasi və iqtisadi cəhətdən qüdrətlənməsinə yönəldilmişdir.
Çıxış edənlər vurğulamışlar ki, ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində Azərbaycan ildən-ilə sosial, siyasi, iqtisadi, diplomatik sahədə ciddi uğurlara imza atmışdır. Əldə olunmuş nailiyyətlər ulu öndərin müəyyən etdiyi siyasi xəttin hərtərəfli və məqsədyönlü şəkildə həyata keçirilməsi nəticəsində mümkün olmuşdur.
Qeyd edilmişdir ki, Azərbaycan dövlətçiliyinin qurucusu Heydər Əliyevin müstəsna xidmətlərinin ictimai-siyasi mahiyyəti hələ uzun illər tədqiqatçıların diqqət mərkəzində olacaqdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında