Sığortaçıların və təkrarsığortaçıların tələb olunan kapitalının minimum məbləğinə dəyişiklik edilmişdir

Maliyyə Nazirliyinin Kollegiyasının 2010-cu il 29 noyabr tarixli qərarı ilə kollegiyanın 2008-ci il 31 iyul tarixli qərarına dəyişiklik edilməklə, sığortaçıların və təkrarsığortaçıların tələb olunan kapitalının minimum məbləğinin müəyyən edilməsi haqqında qərar qəbul edilmişdir.
Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətindən AzərTAc-a verilən məlumata görə, kollegiyanın qərarı ilə kapitalın minimum məbləği 2011-ci il yanvarın 1-nə sığortaçılar üçün 3,5 milyon manat (təkrarsığortaçılar 7 milyon manat), 2012-ci il yanvarın 1-nə sığortaçılar üçün 5 milyon manat (təkrarsığortaçılar 10 milyon manat) müəyyən edilmişdi.
Qərarın qəbul edilməsi zamanı ümumdünya maliyyə böhranının sığortaçıların və təkrarsığortaçıların maliyyə vəziyyətinə, habelə ölkənin sığorta bazarının inkişaf dinamikasına təsirləri təhlil edilmiş və "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 79.2-ci maddəsi rəhbər tutulmaqla, Azərbaycan Sığortaçılar Assosiasiyasının müraciəti nəzərə alınmışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında