Yunanıstan SOCAR-dan zəmanət məktubunun müddətinin uzadılmasını xahiş edib

Yunanıstanın Əmlakın Özəlləşdirilməsi Fondu (HRADF) Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) DESFA qaz operatorunun səhmlərinin 66 faizinin alınması ilə bağlı zəmanət məktubunun müddətinin daha bir ay uzadılmasınıı xahiş edib.

Trend-in Yunanıstan KİV-ə istinadən verdiyi məlumata görə, SOCAR-ın zəmanət məktubunun müddəti bu gün başa çatır və öz növbəsində, Azərbaycan şirkəti müddətin uzadılmasından əvvəl Yunanıstan tərəfindən yazılı zəmanət almağa çalışır.

Məlumata əsasən, danışıqlarda əsas maneə əldə olunan səhmlərin ümumi dəyəri məsələsidir.

Qeyd edək ki, DESFA-nın səhmlərinin əldə olunmasında SOCAR-dan əlavə, İtaliyanın SNAM şirkəti də maraqlıdır. Bununla belə, hər iki şirkət səhmlərin 66 faizi üçün müəyyən olunan 400 milyon avro qiymətini yüksək
hesab edir.

Xatırladaq ki, SOCAR 2013-cü ildə DESFA-nın səhmlərinin əldə olunması üzrə tenderdə qalib gəlmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında