Bakıda 5 ildə 350 yeni bina, 18 min yeni mənzil inşa olunacaq

Bakıda yaxın 5 il ərzində tikintisi üçün razılaşdırılmış 45 ərazi planlaşdırma layihəsinin sahəsi ümumilikdə 175 hektardan çoxdur.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsindən APA-ya verilən xəbərə görə, adıçəkilən sənədlərdə söküləcək 324 min kvadratmetr yaşayış sahəsinin əvəzinə bütün müasir tələblərə cavab verən 1,8 milyon kvadratmetr yaşayış sahəsinin tikilməsi planlaşdırılıb və komitə tərəfindən razılaşdırılıb. Sənədlərdə layihələndirilən binaların sayı 350-dir. Söküləcək 4 min mənzilin yerinə 18 min yeni mənzilin inşası nəzərdə tutulub.

Ərazi planlaşdırma sənədlərinin 5 hektaradək ərazilər üçün (1 hektardan az olmayaraq) hazırlanması təcrübəsi dünya şəhərsalma praktikasında sınaqdan çıxmış ən mütərəqqi yanaşma sayılır.

Artıq yeni yaşayış binalarının tikintisinə başlanılıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında