Stansiya dispetçer qrafikinə uyğun fəaliyyət göstərir

Ölkəmizdə enerjisistemin səmərəli fəaliyyəti üçün lazımi təminatın yaradılması istiqamətində işlər davam etdirilir, elektrik enerjisinin istehsalı və ötürülməsi sisteminin təkmilləşdirilməsi sahəsində mühüm tədbirlər həyata keçirilir.

Ölkəmizin elektroenergetika sənayesində reallaşdırılan layihələrdən sayılan, generasiya gücləri arasında xüsusi yeri olan “Səngəçal” Elektrik Stansiyasında  həyata keçirilən texniki tədbirlər də adıçəkilən obyektin dispetçer qrafikinə uyğun şəkildə istismarına imkan yaradır. 

2016-cı ilin ötən dövründə stansiyada porşen tipli mühərriklərdən ibarət olan aqreqatlara bütün texniki xidmətlər qrafikə uyğun olaraq vaxtında göstərilmiş və bunun nəticəsində texniki iqitisadi göstəricilər yüksək olmuşdur. “Azərenerji” ASC-nin mətbuat xidmətinin məlumatına görə, cari ilin doqquz ərzində  stansiyada 835,8 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilmişdir. Xatırladaq ki, ümumi gücü 300 meqavat olan “Səngəçal” Elektrik Stansiyası 18 aqreqatdan ibarətdir. Stansiya 2008-ci ildən istismardadır. Ötən müddətdə avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi sisteminin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin  yüksəldilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Bunun da nəticəsində sözügedən stansiyanın bütün texniki-iqtisadi göstəriciləri qənaətbəxş olmuşdur. Cari ilin ötən dövründə ölkənin digər enerji müəssisələrində olduğu kimi, burada da payız-qış mövsümünə hazırlıq işləri yüksək səviyyədə yerinə yetirilmiş, tədbirlər planına uyğun olaraq enerji bloklarında müxtəlif təyinatlı təmir işləri aparılmışdır. Eyni zamanda, digər elektrik avadanlıqlarında da profilaktik təmir işləri icra edilmişdir.

 “Səngəçal” Elektrik Stansiyasında bütün işlər günün tələbləri səviyyəsində qurulmuşdur. Hazırda fəaliyyətdə olan aqreqatlar işlək vəziyyətdədir. Stansiyada istismar edilən aqreqatların işləmə rejiminə uyğun olaraq hər maşının 5 min saatlıq iş müddəti başa çatdıqdan sonra texniki baxış keçirilməlidir. Bu baxımdan ilin ötən dövründə istismarda olan aqreqatlarda keçirilən növbəti texniki baxış zamanı istismar prosesində meydana çıxan qüsurlar operativ şəkildə aradan qaldırılmış, təkrar baxışdan sonra yenidən istismara buraxılmışdır. Aqreqatlarla yanaşı, köməkçi avadanlıqlarda da cari təmir işləri yerinə yetirilmişdir. Bütün bunlar stansiyanın ahəngdar rejimdə işləməsinə imkan yaradır.

M. YAQUBZADƏ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında