Beynəlxalq Valyuta Fondu: Azərbaycanda 2,4 faizlik iqtisadi artım olacaq

Azərbaycanda ümumi daxili məhsul istehsalı (ÜDM) bu il 1 faiz artacaq. Bu barədə Beynəlxalq Valyuta Fondunun (International Monetary Fund, IMF)  Qafqaz və Mərkəzi Asiya ilə bağlı açıqladığı növbəti proqnozda deyilir. Proqnoza əsasən, 2017-ci ildə Azərbaycanda 2,4 faizlik iqtisadi artım olacaq.

Bu isə onu göstərir ki, dünyada qlobal iqtisadi və maliyyə böhranının dərinləşdiyi ötən 2-3 ildə ölkəmizdə həyata keçirilən siyasət nəticəsində bütün sahələrdə uğurlar əldə olunub. Dünyada əlverişsiz iqtisadi proseslərin davam etdiyi, qonşu regionlarda silahlı münaqişələrin və qanlı terror aktlarının baş verdiyi 2016-cı ilin ötən dövrü ərzində də Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində respublikamızda sabitlik qorunub saxlanılıb, dövlətimizin gücü və beynəlxalq nüfuzu daha da yüksəlib.

Azərbaycanın inkişaf strategiyasının hazırkı mərhələsində qarşıda duran əsas vəzifələri iqtisadiyyatın şaxələndirilməsini sürətləndirmək, neft gəlirlərinin səviyyəsindən asılı olmayaraq qeyri-neft sektorunun yüksək inkişafına nail olmaq, ixrac və rəqabət imkanlarını genişləndirməkdir. Ona görə hələ ötən ilin sonlarından başlayaraq ÜDM-in azalmasının qarşısının alınmasına xidmət edəcək antiböhran xarakterli xüsusi tədbirlərin, ən əsası, gələcək neqativ ssenarilərə qarşı qoruyucu və qabaqlayıcı mexanizmlərin həyata keçirilməsinə start verildi. Bu istiqamətdə əsas vəzifələr iqtisadiyyatı şaxələndirmək, investisiya qoyuluşunu sürətləndirmək, sahibkarlıq fəaliyyətini stimullaşdırmaq, beləliklə, neft gəlirlərinin səviyyəsindən asılı olmayaraq, qeyri-neft sektorunun inkişaf tempini gələcək illərdə də qoruyub saxlamaq və onun ixrac imkanlarını genişləndirməkdir.

Beynəlxalq Valyuta Fondunun Azərbaycanla bağlı müsbət proqnozu, eyni zamanda, onu göstərir ki,  bu gün Azərbaycan müstəqil iqtisadi siyasət yürüdür, şaxələndirmə  sayəsində iqtisadi-siyasi dividendlər qazanır. Nüfuzlu beynəlxalq təşkilatlar da etiraf edirlər ki, Prezident İlham Əliyevin enerji resurslarından asılılığın azaldılmasına, innovasiyalı və ya başqa sözlə, “ağıllı” iqtisadiyyatın yaradılmasına yönəlmiş siyasəti, “qara qızıl”ın intellektual kapitala çevrilməsi aşkar görünən, gözəçarpan və real nəticələr verir.

Sonda bir məqamı da qeyd edək. Dünya Bankı tərəfindən 2016-2018-ci illər üçün proqnozlaşdırılan inkişaf göstəricilərində də Azərbaycanda kənd təsərrüfatı sahəsi diqqəti cəlb edir.  Belə ki, adıçəkilən bankın yaydığı məlumatda bildirilir ki, bu il 4,2 faiz,  gələn il və 2018-ci illərdə isə hər il 4 faiz olmaqla yüksəliş gözlənilir. Proqnoza görə, Azərbaycan aqrar sahədə inkişafda Qafqaz ölkələri arasında birinci yerdə olacaq. Kənd təsərrüfatının artım faizi proqnozu ilə ölkəmiz hesabatın əhatə etdiyi Şərqi və Mərkəzi Avropa ölkələri arasında da ön yerlərdədir.

Bu da  Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən  kənd təsərrüfatı məhsullarının istehsalı və rəqabət qabiliyyətliliyinin artırılması, emal müəssisələrində mütərəqqi texnologiyaların tətbiqinin dəstəklənməsi, iri fermer təsərrüfatlarının yaradılması, aqrotexservis xidmətləri şəbəkəsinin genişləndirilməsi, kənd təsərrüfatının texnika, mineral gübrələrə olan tələbatının təmin edilməsinin yaxşılaşdırılması, şoranlaşmış torpaqların yenidən dövriyyəyə qaytarılması üçün müvafiq tədbirlərin həyata keçirilməsi istiqamətində işlərin davam etdirilməsi barədə verdiyi tapşırıqların artıq öz müsbət nəticəsini göstərməsindən xəbər verir.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında